525.Az

Salyanda Əli bəy Hüseynzadənin 150 illiyi qeyd edilib


 

Salyanda Əli bəy Hüseynzadənin 150 illiyi qeyd edilib<b style="color:red"></b>

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Salyan şəhərində görkəmli Azərbaycan ədibi Əli bəy Hüseynzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan tarixinin böyük hamisi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Görkəmli maarifçi Əli bəy Hüseynzadənin abidəsi ziyarət olunub.

Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizə daim böyük diqqət göstərməsindən danışıb. Prezident İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu sahədə varislik xəttinin davamı kimi səciyyələndirilib.

Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətlərindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Əli bəy Hüseynzadə Azərbaycan tarixinə görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas kimi daxil olub.

Görkəmli maarifçinin tədqiqatçısı Azər Turan onun 1864- ildə Salyan şəhərində dünyada göz açdığını söyləyib. " "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şəklində cəmiyyət arasında yayılan ideyanın müəllifi olan Əli bəy Hüseynzadənin həyat fəaliyyəti, "Səlyani" təxəllüsü ilə keçdiyi yaradıcılıq yolu, "Kaspi", "Baku" qəzetləri, "Həyat", "Füyuzat" jurnalları ilə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətindən danışan mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, böyük mütəfəkkir Azərbaycan ədəbi-elmi fikir tarixində Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələnin başlanğıcını qoyub, "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaradıb, xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə edən, "Füyuzat" jurnalının təsisçilərindən biri baş redaktoru olub..

Böyük maarifçinin bu gün aktuallığını itirməyən fikirləri tədbirdə xüsusi qeyd edilmiş tariximizə, mədəni irsimizə qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.


S
.ABDULLAYEVA
 





29.04.2014    çap et  çap et