525.Az

Millət vəkili: "Ramil Səfərov məsələsi nədən hələ də gündəmdədir?" (Müsahibə)


 

Millət vəkili: "Ramil Səfərov məsələsi nədən hələ də gündəmdədir?"<b style="color:red"> (Müsahibə)</b>

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın 525.az-a müsahibəsi

 

- Məlum olduğu kimi, bu günlərdəAvronestParlament Assembleyası (PA) çərcivəsində Avropa Xalqları Partiyasının (EPP) iclasında iştirak etmisiniz.İlk öncə bu tədbir haqqında məlumat verməyinizi xahiş edirik...

- Avropa Xalqları Partiyasının tədbiri Moldovanın paytaxtı Kişinyov şəhərində keçirildi. İclasın əsas müzakirə mövzusuŞərq tərəfdaşlığıölkələrində siyasi vəziyyət haqqında idi hər bir ölkənin nümayəndələri bu mövzuda çıxışlar etdilər. Azərbaycandan bu toplantıda Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti olaraq Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sevinc Hüseynova mən iştirak edirdik. Toplantıda müzakirələr çox əhatəli şəkildə keçdi ölkələrin nümayəndələri həmçinin, gələcək əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşdülər. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə çox fəal iştirak edərək dövlətimizin müxtəlif məsələlərlə bağlı mövqeyini ifadə ediblər. Ümumiyyətlə, hesab edirəm ki, belə toplantılar gələcək əməkdaşlıq baxımından faydalıdır. Azərbaycan daim bütün ölkələrlə, beynəlxalq qurumlarla normal əməkdaşlığa maraqlıdır bu mənada sözügedən toplantı əhəmiyyətli qiymətləndirilə bilər.

- Sevinc xanım, toplantıda ölkəmizdəki mövcud siyasi durum haqqında məlumat iştirakçılar tərəfindən necə dəyərləndirildi?

- Bu mövzuda mən çıxış etdim Azərbaycandakı ictimai-siyasi durum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdim. Çıxışımda qeyd etdim ki, 21 ildir Azərbaycan müstəqil dövlətdir ötən dövrdə ölkəmiz sürətlə inkişaf edib. Azərbaycan siyasi iqtisadi cəhətdən sabit dövlət kimi inkişaf edərək, hər bir sahədə uğurlar əldə edir. Azərbaycanda güclü siyasi sabitlik mövcuddur. Eyni zamanda, demokratik islahatlar uğurla həyata keçirilir çoxpartiyalı sistem mövcuddur, parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunur.

Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

21
illik müstəqilliyi dövründə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. Həmçinin, qeyd etdim ki, Azərbaycan demokratik dövlət kimi söz mətbuat azadlığını da tam təmin edib. Nəzərə alsaq ki, bütün dünyada bu amil xüsusi diqqət mərkəzindədir, onda ölkəmizdə söz fikir azadlığının təminatına böyük önəm verilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycanın seçdiyi yol, demokratiya yoludur bu yol ilə inamla irəliləyir.Əlbəttə ki, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət toplantı iştirakçıları tərəfindən maraqla qarşılandı. Bir sıra çıxışlarda ölkəmizin regiondakı mövqeyi, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi vurğulandı.

- Bəs Azərbaycanın iqtisadi inkişafının hazırki durumu perspektivinə dair hansı qənaətlər ifadə olundu?

- Azərbaycan son illər sürətlə inkişaf edir həyatın bütün sahələrində ciddi dəyişiklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 20 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi ilk növbədə xarici daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır.

Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür. Modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin uzunmüddətli dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyaların tətbiqinin sürətləndirilməsi, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması təşkil edir. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi zərurəti onun əsas istiqamətləri həm dünya iqtisadiyyatının inkişaf meyllərindən qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla şərtləndirilir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı bütün dünyanın gözü qarşısında baş verir. Bilirsiniz ki, son 10 il ərzində iqtisadiyyatımız 3 dəfə artıb, yoxsulluq 50 faizdən 7 faizə düşüb, 1 milyon yeni yeri açılıb. Hazırda ölkə iqtisadiyyatının 83 faizi özəl sektorun payına düşür. Qısa zamanda Azərbaycan investisiya olunan ölkədən, investor ölkəsınə çevirilib, Avropanın enerji təminatçılarından birinə çevrilib. Mən çıxışımda təsadüfən iqtisadi inkişafdan söz salmadım, heç kəsə sirr deyil ki, stabil iqtisadiyyat, stabil siyasi durumdan asılıdır. Bizim prioritetimiz cəmiyyətin fəal üzvü olmaqla yanaşı, öz vətəndaş mövqelərini düşüncələrini ifadə edən vətəndaşlar yetişdirməkdir. Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan tolerant ölkədir. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin dinlərin nümayəndələri sülh bır-birlərini anlama şəraitində yaşayıb. Bu gün biz bütün gücümüzü regionda stabilliyin qorunması ilə yanaşı, insanlar arasında əməkdaşlıq dostluğun inkişaf etməsinə yönəltmişik. Azərbaycan dünyaya açıq ölkədir məqsədimiz dostlarımız üçün maraqlı faydalı tərəfdaş olmaqdan ibarətdir.Bununla belə, Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü inkişafa mane olur. Qeyd etdim ki, Azərbaycan işğal faktorundan əziyyət çəkir. Bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Ermənistan beynəlxalq birliyin çağırışlarına hələ əməl etmir. Bunun nəticəsındə hələ , torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən zorla qovulmuş ya həmin yerləri tərk etməyə məcbur olmuşlar. Biz hesab edirik ki, bu münaqişənin həll olunması regional əməkdaşlığın daha da genişlənməsi üçün böyük üfüqlar açacaq.

- Sizin bu fikirlərinizə qarşı Ermənistan nümayəndələri hər hansı münasibət bildirdilərmi?

- Bəli, Ermənistan nümayəndələri mənə zabitimiz Ramil Səfərov bu hadisənin tolerantlıq mühitinə təsiri məsələsi ilə bağlı suallar ünvanladı. Sualı verən deputat AŞPA-da da təmsil olunur. Mən onun nəzərinə çatdırdım ki, bu haqda artıq AŞPA-da kifayət qədər müzakirələr aparılıb, yenidən təkrar etdim ki, ekstradisiya əfv etmə prosesində beynəlxalq konvensiyanın, beynəlxalq hüququn, Azərbaycan qanunları pozulmayıb. Biz beynəlxalq qanunlara həmişə hörmətlə yanaşmışıq riayət etmişik. Hüqüqşunas olmayan da başa düşməlidir ki, əfv anlayışı - cinayətlərin əfvin tanınmasıdır. Ramil Səfərov törətdiyi cinayətə görə 8 il həbsdə olub.

Ölkə rəhbərliyi bu müddətin yetərli olduğunu hesab edərək, qanun çərçivəsində onu əfv edib. Belə hadisələr ancaq bizim torpaqlarımız işğaldan azad olunandan sonra bitəcək. R.Səfərov məsələsinə Dağlıq Qarabağ məsələsindən ayrı baxıla bilməz, ona görə ki, o hadisənin arxasında məhz Qarabağ məsələsi durur. R.Səfərov məsələsı nədən hələ gündəmdədir? Bu kontekstə niyə digər məsələlərə diqqət yönəlmir? Məhz, erməni terrorçunun Orli aeroportunda Türk Hava Yollarının ofisini partlatmasından sonra terrorçunun məsələsi, 8 yaşlı günahsız uşağın ermənı snayperi tərəfindən güllələnməsi nədən müzakirə edilmir?! Tolerantlıq məsələsinə gəlincə, Azərbaycan Ermənistanla müharibə şəratində olmasına baxmayaraq, ölkəmizdə hal-hazırda 30 000-dən çox erməni yaşayır onlar rahat yaşayırlar. Bu tolerantlığın ən gözəl göstəricisidir.

- Sevinc xanım, YAP-ın  EPP ilə əməkdaşlığının perspektivini necə görürsünüz? Bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?

- Avropa Xalqları Partiyası Avropa Birliyinin qrup partiyasıdır özündə bu qitənin nüfuzlu siyasi təşkilatlarını birləşdirir. Avropa Xalqları Partiyasına Avropa Birliyinə üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları üzvdür. Yəni bu təşkilat özündə şəxsləri deyil, partiyaları birləşdirir. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 70-dən çox partiya daxildir.

YAP ilə EPP arasında yaxşı əlaqələr var. Bunu təsdiq etmək üçün deyə bilərəm ki, partiyamızın nümayəndə heyəti 2009-cu ilin dekabr ayında Bonn şəhərində EPP-in qurultayında iştirak ediblər. Bundan əlavə, ötən il YAP nümayəndə heyəti Brüsselə səfər edərək təşkilatın rəhbər şəxsləri ilə səmərəli görüşlər keçirdi. Eyni zamanda, partiyamızın Gənclər Birliyinin üzvləri EPP-in dəvəti ilə Brüsseldə səfərdə olublar.

Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda Cənubi Qafqaz bögəsinin ən böyük siyasi qüvvəsidir. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan, çox nüfuzlu Avropa Xalqları Partiyası ilə əlaqələr böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verir.

KAMİL

 





21.10.2012    çap et  çap et