525.Az

Sabir adına Şəhər Kitabxanasının 95 yaşı qeyd olunub


 

Sabir adına Şəhər Kitabxanasının 95 yaşı qeyd olunub<b style="color:red"></b>

Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında kitabxananın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kitabxanadan verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, M.Ə.Sabirin gəlini Zemfira Tahirli, Sabir Fondunun sədri Sevda Tahirli, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ali məktəblərin müəllim tələbələri, həmçinin digər qonaqlar iştirak ediblər. Tədbirdə bu kitabxananın Azərbaycan mədəniyyətindəki mühüm mövqeyindən, 95 illik dəyərli fəaliyyətinin müxtəlif mərhələlərindən danışılıb. İştirakçılar ölməz Sabirin adını daşıyan bu kitabxananın onun xatirəsinə layiq mədəniyyət ocağı kimi fəaliyyət göstərdiyini, Azərbaycan ədəbiyyatının yaşadılması təbliği baxımından bir sıra önəmli işlərin məhz bu kitabxana ilə bağlı olduğunu vurğulayıblar.

Kitabxananın direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, yubileylə bağlı bu görüşün əhəmiyyətini vurğulayıb, gördükləri işlərdən söz açıb. Şair Nəriman Həsənzadə kitabxana haqqında xatirələrini bölüşüb. Rəşad Məcid kitabxanaların ölkə mədəniyyətinə ictimaiyyətə xidmətini yüksək dəyərləndirərək, son illər bu sahədə mühüm canlanma müşahidə olunduğunu məmnunluqla qeyd edib.

Tədbirə bədii hissə ilə yekun vurulub.

 





01.05.2014    çap et  çap et