525.Az

Qamət Süleymanovun müavini 20 sutkalıq həbs olunub


 

Qamət Süleymanovun müavini 20 sutkalıq həbs olunub<b style="color:red"></b>

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov məhkəmə qarşısına çıxarılıb.

Zaqatala Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, A. Rəcəbov polisə müqavimət göstərməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, A. Rəcəbov mayın 3-də Zaqatala rayonunun Muxax kəndində saxlanılıb.

 





06.05.2014    çap et  çap et