525.Az

Obama və Romney arasında sonuncu debat keçiriləcək


 

Obama və Romney arasında sonuncu debat keçiriləcək<b style="color:red"></b>

Amerikada prezidentliyə namizədlər arasında sonuncu debat təşkil olunacaq.

525.az-ın “Vaşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün prezidentliyə namizəd Barak Obama ilə rəqibi Mitt Romney arasında sonuncu debat baş tutacaq. Axşam saatlarında keçiriləcək debatda namizədlər arasında xarici siyasət məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, tərəflər arasında təşkil olunan ilk debatdan öncə “hansı lider daha yaxşı xarici siyasət yürüdə bilər” mövzusunda seçicilər arasında sorğu təşkil olunmuşdu. Sorğunun nəticələrinə görə, hazırki prezident Barak Obama Mitt Romneydən 15 xal artıq toplayıb. Namizədlər bu gün yenidən bir araya gələrək dünyanın bir sıra ölkələrində davam edən böhranlar haqda da danışacaqlar.

Respublikaçı Mitti Romneyin 11 sentyabrda Liviyanın paytaxtı Benqazidə baş verən olay nəticəsində Amerikanın bu ölkədəki səfirinin öldürülməsi məsələlərini müzakirə edəcəyi güman edilir. Obamanın bugünkü gündəliyində isə Suriyada davam edən münaqişələr və İranın nüvə siyasəti əsas yer alıb. 

Ağ evin sözçüsü Tommi Vietor “Nyu York Tayms” qəzetində Amerika və İran arasında müqavilə bağlanması haqda yayılan xəbərə də münasibətini bildirib: “İranla Amerika arasında müqavilə bağlanmayıb. Seçkilərdən sonra da bu ölkələr arasında hər hansı müqavilənin bağlanması nəzərdə tutulmayıb”.

Nigar Məhərrəm

 





22.10.2012    çap et  çap et