525.Az

Mozilla Android üçün əlavələr mağazasını istifadəyə verib


 

Mozilla Android üçün əlavələr mağazasını istifadəyə verib<b style="color:red"></b> Mozilla veb-brauzeri Android əməliyyat sistemi üçün Firefox Marketplace internet-mağazasını istismara verib. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.  

Mağaza ilkin versiya rejimində fəaliyyət göstərir. Burada yalnız kateqoriyalara bölünən (“Kitablar və sorğular, “Biznes”, “Təhsil”, “Əyləncə” və s.) pulsuz proqramlar yer alıb. Hələlik proqramların sayı məhduddur. 2013-cü ildə tam versiya istifadəyə veriləcək və burada əlavələri pulla əldə etmək imkanı olacaq.

Firefox Marketplace-dəki bütün proqramlar veb-əlavələrdən ibarətdir. Bu baxımdan mağaza Chrome brauzerinin tərkibinə daxil olan Chrome Web Store mağazasına çox bənzəyir. Servislər bir-birindən onunla fərqlənir ki, Firefox Marketplace-də Android əməliyyat sistemli mobil qurğular, Chrome Web Store-da kompüterlər üçün əlavələr fəaliyyət göstərir.  

Firefox Marketplace Google Play mağazasında mövcud olmayan Firefox mobil brauzerinin ilkin versiyasının tərkibinə daxildir. Mağaza ilə işləmək arzusunda olanlar Mozilla-nın saytından Firefox-u yükləməlidirlər.
 
Mozilla-da həmçinin kompüterlər üçün nəzərdə tutulan veb-əlavələr mövcuddur. Bundan başqa, şirkət mobil qurğular üçün Firefox OS adlı əməliyyat sistemi hazırlayır. Son məlumatlara görə, bu əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk aparatlar 2013-cü ildə işıq üzü görəcək .
 





22.10.2012    çap et  çap et