525.Az

İran bayram günlərində Suriyada atəşkəs yaratmağa çalışır


 

İran bayram günlərində Suriyada atəşkəs yaratmağa çalışır<b style="color:red"></b>

Suriyanın hakim dairələri ilə xoş münasibətdə olan rəsmi Tehran bu ölkənin müxalifətçi qruplaşmaları ilə də əlaqə yaradıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İranın Xarici İşlər naziri Əli Əkbər Saleh Qurban bayramı öncəsi bu ölkədə atəşkəs əldə etmək üçün müxalifətlə danışıb. Əli Əkbər Saleh Tehranda təşkil olunan mətbuat konfransında Suriyanın bəzi müxalifətçi qruplaşmaları ilə danışdıqlarını deyib: 

“Biz Suriyanın bəzi müxalif qruplaşmaları ilə əlaqə saxladıq ki, bayram öncəsi ölkədə sabitlik təmin olunsun. Lakin onlar bunu istəmədilər. Hökumət isə bizim bu addımımızı müsbət dəyərləndirərək, atəşkəs élan etmək üçün hazır olduğunu deyib. İndi kimin sülh, kimin isə müharibə tərəfdarı olduğunu görmək mümkündür”.

Nigar Məhərrəm

 





22.10.2012    çap et  çap et