525.Az

Bəy öz toyunda iştirak etmədi


 

Bəy öz toyunda iştirak etmədi<b style="color:red"></b>

Türkiyənin Hakkari əyalətində xidmətdə olan türkiyəli vətəndaş Nəbi Əraslan öz toyunda iştirak edə bilməyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkaridə xidmətdə olan bəy yoldakı təhlükəsizliyin təmin olunmaması səbəbinə görə toyunda iştirak edə bilməyib.

Gəlin Fidan Əraslan bəyin münaqişə zonasında xidmətdə olduğunu deyərək təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən onun toya gələ bilmədiyini deyib:

“Həyat yoldaşım toya gələ bilmədi. Üzülmürəm. Onu çox sevirəm. Günah bizi bu hala gətirənlərdədir”.

Bəyin atası və anası da bu haqda açıqlama verərək övladları ilə qürur hissi keçirdiklərini söyləyiblər. Bəyin dayısı da bunu sürpriz kimi qarşılasa da, Nəbi Əraslana görə qürur hissi keçirtdiyini deyib: "Əsl türk, əsl əsgər budur".

Nigar Məhərrəm

 





22.10.2012    çap et  çap et