525.Az

Rəsmi Ankaradan İsrailə cavab gəldi


 

Rəsmi Ankaradan İsrailə cavab gəldi<b style="color:red"></b>

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Səlcuq Ünal İsrailə cavab mesajı göndərib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Səlcuq Ünal İsrail rəsmilərini mediaya açıqlama verməkdənsə konkret addımlar atmağa dəvət edib. İki ölkə arasında münasibətlərin pozulmasını bir daha xatırladan XİN-in sözçüsü fikirlərini bu cür izah edib:

“Rəsmi Ankarada bu məsələ ilə əlaqədar hər hansı bir dəyişiklik yoxdur. İsrail mediaya açıqlama vermək əvəzinə zəruri addımlar atsa daha yaxşı olar”.

Bir qədər əvvəl İsrailin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə rəhbəri Kinhas Hariri verdiyi açıqlamada iki ölkə arasında davam edən gərginliyə son qoymaq üçün Türkiyə ilə danışıqlar aparmaq istədiklərini dilə gətirib. Nazir Suriya mövzusunda da Türkiyə ilə müzakirələr aparacaqlarını qeyd edib.

Xatırladaq ki, 31 may 2010-cu il tarixində Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyəyə məxsus gəmilərə İsrail tərəfindən hücum edilib. Hadisə nəticəsində 9 Türkiyəli vətəndaş öldürülüb.

Nigar Məhərrəm

 





22.10.2012    çap et  çap et