525.Az

Hüseyn Cavidin 130 illik yubleyi qeyd olunacaq


 

Hüseyn Cavidin 130 illik yubleyi qeyd olunacaq<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə məşhur dramaturq və şair Hüseyn Cavidin 130 illik yubleyi təntənəli şəkildə qeyd olunacaq.

525.az-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq  dramaturqun yubleyi oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrında təşkil olunacaq.

Qeyd edək ki, tədbirdə  tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı da nəzərdə tutulub.

Nigar Məhərrəm

 


 

 





22.10.2012    çap et  çap et