525.Az

Emin Ağalarov: "Mənim qəhrəmanım həmişə Müslüm Maqomayev olub" (VİDEO)


 

Emin Ağalarov: "Mənim qəhrəmanım həmişə Müslüm Maqomayev olub" <b style="color:red"> (VİDEO)</b>

Rusiyada yaşayan populyar bəstəkar-müğənni EMİN vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsində xüsusi qonaq qismində iştirak edib.

ANS PRESS-in məlumatına görə, o, səhnəyə çıxarkən ilk olaraq ürək sözlərini tamaşaçılarla bölüşüb: "Hər kəsin öz qəhrəmanı var. Mənim qəhrəmanım həmişə Müslüm Maqomayev olub. Qeyd etməyə bilmərəm ki, bu zal onun adını daşıyır. Dostluq etməyi bacaran bir şəxsə xüsusi təşəkkürümü bildirmək istəyirəm, bu, Araz Ağalarovdur!"

Daha sonra isə sənətkarın repertuarından çox sevilən "More" (Dəniz) mahnısını ifa edib.

 





22.10.2012    çap et  çap et