525.Az

Övladınızı özünüzə bağlı böyütməyin


 

Övladınızı özünüzə bağlı böyütməyin<b style="color:red"></b>

Uşaqları həddindən artıq qapalı mühitdə böyütmək gələcəkdə mənfi nəticələrə səbəb olur.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailə və uşaq həkimi Obengül Əjdər hər zaman uşaqların fikirlərinə müdaxilə edən valideynlərin düzgün tərbiyə vermədiyini deyərək övladlarının əqli inkişafdan qalmasında bu tip amilərin böyük rola malik olduğunu qeyd edib:

“Uşağa qarşı həddindən artıq diqqətli olmaq, onu lazım olduğundan da çox qorumaq və özünə bağlamaq düzgün deyil”.

Əjdər Obengül uşaqların şəxsiyyət kimi formalaşmasında erkən yaşlarda əldə etdiyi nailiyyətlərinin, özünü sərbəst ifadə etmək bacarığının, valideynin müdaxiləsi olmadan sərbəst hərəkət etməsinin böyük rolu olduğunu deyib:

“İlk 18 ayda uşaqlara lazım olduğundan çox diqqət göstərmək olmaz. həddindən artıq mənəvi təzyiqə məruz qalması, nəyəsə görə cəzalandırılması və anaya bağlı böyüdülməsi nəticəsində uşaqlar qorxaq, inadcıl, xəsis və s mənfi keyfiyyətləri qazanmış olurlar. 3-6 yaş aralığında olan uşaqlar ətrafda baş verən hər şeyi maraqla izləyir, bunun üçün onlara valideynin dəstəyi də lazımdır”.

Ailə və uşaq həkimi valideynlərə tövsiyyələrini də verib: “Valideynlər öz sevgilərini uşaqları ilə bölüşməlidirlər. Ata övladına dəyərli məsləhətlər verməli, onunla uzun müddət vaxt keçirməlidir. Uşaq üçün maraqlı oyuncaqlar alınmalıdır. Ata və ana uşaqların sərbəst düşünməsinə şərait yaratmalı, onun şəxsiyyət kimi böyüməsinə kömək etməlidir”.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et