525.Az

“Bizə yuxarıdan baxmaq, müəllim kimi öyrətmək düzgün deyil”


 

“Bizə yuxarıdan baxmaq, müəllim kimi öyrətmək düzgün deyil”<b style="color:red"></b>

“ABŞ-ın Azərbaycandakı səfiri əvvəlcə Bakıya bir illiyə göndərilmişdi. İndi iki ildir buradadır. Onun vaxtından əvvəl getməsi barədə yayılan xəbər düzgün deyil. Düşünürəm ki, onun yerinə təyinat olacaq və bu, bizim münasibətlərimizə təsir göstərməyəcək”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
N. Məmmədov hesab edir ki, səfir Riçard Morninqstarın son müsahibəsində səsləndirdikləri fikirlər onun şəxsi düşüncələridir: “Bizdə bununla bağlı müəyyən fikirlər var. Mən onları demək istəmirəm. Daha çox özünün şəxsi mövqeyinə oxşayır. Bununla bağlı geniş danışmağa ehtiyac yoxdur. Azərbaycan tərəfi mövqeyini açıq aydın, heç bir şeydən çəkinmədən bildirdi”.
 
Administrasiya rəsmisi bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət kursu həyata keçirir: “Biz bütün dövlətlərlə sıx, faydalı əməkdaşlıq etmək istəyirik. Amma biz kiçik dövlətik deyə bizə yuxarıdan baxmaq, bir az müəllim kimi öyrətmək, məsləhətlər vermək düzgün deyil. Biz bunu istəmirik. Azərbaycanın bu gün xarici və daxili siyasət kursunu hamı bilir, əslində hamı qəbul edir. Amma müəyyən tərəflərdə müəyyən iddialar olanda belə xarici siyasət kursu mane olur. Ona görə də bu cür problemlər yaranır. Bərabərhüquqlu, qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş münasibətləri özümüz də çox yüksək qiymətləndiririk”.

 





30.05.2014    çap et  çap et