525.Az

İlyas Əfəndiyevin “sosial utopiya” romanları


 

İlyas Əfəndiyevin “sosial utopiya” romanları<b style="color:red"></b>

İlyas Əfəndiyev milli roman yaradıcılığına çox böyük töhfəsini vermiş yazıçıdır. Həm təkcə öz romanı, 7 təkrarsız romanı ilə müasirlərinin qəlbini fəth etməsində yox (öz romanı ilə oxucularının qəlbini fəth etmiş yazıçılarımız az deyil!), habelə ədəbiyyatımıza məxsusi roman tipi gətirməsi, daxil etməsiylə. Şərtən mən bunasosial utopiya romanlarıdeyirəm...    

Bu o zamanlar idi ki, ötən əsrin ortaları Qərb ədəbiyyatında roman janrının böhranı zəminində gedən mübahisələr bizə gəlib çıxmış hətta: Azərbaycan romanı varmıdır-yoxmudur? – kəskinliyində müzakirələrə qədər varmışdı. Bir yandan, bu mübahisələr, əlbəttə, ədəbiyyatımızın roman janrının xüsusiyyətlərini mənimsəməsi prosesi ilə bağlıydısa, digər tərəfdən məşhur roman nəzəriyyəçisi Mixail Baxtinin təbirilə desək: axıracan formalaşmamış yeganə diri olan janrroman janrının özünün insan varlığının, insan həyatının yeni-yeni sferalarını, qatlarını mənimsəməsi ilə ilişgiliydi... Belə ki, İlyas Əfəndiyevin roman yaradıcılığı hər iki amilin iştirakı ilə ərsəyə gəlmişdir.

Elçinin İlyas Əfəndiyev haqqında xatirə-yazısında maraqlı bir məqam var: “Bir dəfə axşamçağı mən ona baş çəkməyə getmişdim onu görən kimi hiss etdim ki, fikirlidir, düşüncələri haradasa, başqa sferalardadır. Onun yaxşı kitabxanası var idi: müasir dünya ədəbiyyatı, klassiklər... birdən İlyas Əfəndiyev otağında gəzişə-gəzişə kitab rəflərinin qarşısında dayandı o, kitabları göstərərək soruşdu:

Bunlardan sonra bizim yazmağımızın bir mənası var?

Bunlar” – Şekspir, Servantes, Molyer, Şiller, Höte, Lev Tolstoy, çox qiymətləndirdiyi Balzak, sevdiyi Flober...”

Əslində, bu məqam İlyas Əfəndiyevin bir yazıçı, dramaturq, romançı kimi hansı kontekstdə düşündüyünü, nələrə can atmasını bariz göstərən misaldır...

Utopiyalarbədii təxəyyülün məhsulu kimi ən qədim dövrlərdən, birgəyaşayış- cəmiyyət düşüncəsinin olduğu yerlərdə həmişə olmuşdur. Bizdə Nizami GəncəvininXoşbəxtlər ölkəsindən (“İskəndərnamə”) M.F.Axundzadənin maarifçi utopiyası – “Aldanmış kəvakibəcən, müasir Qərb cəmiyyətinin gəlişməsində Tomas MorunUtopiyasından XIX əsrin utopik sosializminəcən ən müxtəlif təzahürlərini izləyə bilərik. İntəhası, romançı İlyas Əfəndiyevin içində buluşduğu XX əsr həqiqətləri onunla fərqlənirdi ki, bəşəriyyətin yüzillərlə hazırladığı xoşbəxt gələcək barədə utopik düşüncələr bilavasitə praktikadan keçir, ziddiyyətlərlə dolu gerşəkləşmə mərhələsini yaşayırdı. hətta 1910-1950-ci illərin qan-qada dolu inqilabi roman təcrübəsindən sonra dünya ədəbiyyatında spesifik bir janranti-utopiyalar da yaranmışdı...

Belə bir vaxtda romançı üçün gerçəkliyin özünü yazmaq qədər, bəlkə daha artıq: utopiyasına dalmaq, “olmayan yerləri gedib çıxmaq çətin idi (hərfi mənadautopiya” – “olmayan yeranlamına gəlir- T.Ə.). Məgər əsrinroman böhranıda elə bunun təzahürü deyildimi?! Bu gün paradoksal görünə bilər, amma axı böyük bir ölkənin, dünyada ilk eksperimental sosializm cəmiyyətinin vətəni Sovet İttifaqının Kommunist Partiyasının başdan-başa sənədli utopiyadan ibarət Kommunizm Quruculuğu Proqramı da elə bu vaxtın, zamanın məhsuludur. Həm təkcə xoş arzular toplusu kimi yox, bilavasitə fəaliyyət üçün rəhbərlik sənədi kimi...

İlyas Əfəndiyevin roman yaradıcılığı məhz bu dövrə aiddir: “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1978), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981). Təzə, “kosmos əsrinin başlandığı, yer insanının əlçatmaz göyləri praktik fəth etdiyi zəmanənin romançılığı. Mən digər sovet ölkəsi ədəbiyyatlarından kifayət qədər xəbərli deyiləm, amma milli ədəbiyyat tarixinə nəzərən iqrar edə bilərəm: İlyas Əfəndiyevin romançılığı həmin arakəsmə zamanının ən mükəmməl roman təzahürüdürutopik vəcddənfəaliyyətin iflasınacan...

İlyas Əfəndiyevin romanları yarandığı zamanlardan etibarən həmişə hər yazıçıdan da daha çox, “müasir”, “ən müasirepiteti-anlamıyla qarşılanmış sonralar da müasirlik konsepti altında geniş öyrənilmişdir. Mən burdaənədatını müasirlik kateqoriyasının qabağına əbəs artırmıram. İlyas Əfəndiyevin romanları müasir gerçəklərdən, gerçəklərin müasirliyindən çox onun fövqündən başlanır, hətta bəzən gerçəklərdən qəsdən qaçaraq məhzmüasirliyin olmadığı ərazilərdən olduğu-oluşduğu yerlərə, “müasirən müasirolana, yəni müasir insan düşüncəsi-arzusu-amalı əməllərinə köklənir, onu təcəssüm tərənnüm edir, yaradırdı. Elçin deyir: “Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə , əksinə idi, o, gələcəklə yaşayan bir adam idi onun yaradıcılığındakı daimi yenilik meyli , şəxsiyyətindəki xüsusiyyəthəmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi...”

O da təsadüfi deyil ki, İlyas Əfəndiyevin romanlarında toplumun yazıçı həqiqəti müasirliyini ilk əvvəl lap yaxında, səhnədə, mədəniyyət quruculuğu yeni insan münasibətlərində axtarırsa (“Söyüdlü arx”), çox keçmir ki, ucqar uzaqlıqdadağlar arxasında sınanmalı olur (“Dağlar arxasında üç dost”); bir az sonra isə ümumən gerçəklərdə zəminini itirir, illüziyalara-nağıllara sığınmalı olur (“Sarıköynəklə Valehin nağılı”) müasirlikgerçək statusunu qeyb edib, milli keçmişə dönür, izlərini orda arayır (“Geriyə baxma, qoca”)...

İlyas Əfəndiyevin romanları yarandığı dövrdən etibarən həmişə geniş oxucu auditoriyası qazanmış, cəmiyyət tərəfindən bəyənilmiş, qəbul edilmişdir. Bəyənilməyə bilməzdi . Ulu öndər Heydər Əliyevin tarixi qiymətini yada salıram: “İlyas Əfəndiyevin əsərləri həm səlis, bədii dilinə, həm dərin məzmununa görə, həm yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü inkişafını diqqətlə izləyir, onun mənasını açıb-göstərir, bugünkü həyatımız üçün , gələcək həyat üçün nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir”.

İlyas Əfəndiyev üçün mövzu məhdudiyyəti yoxdur; onun zəmanəyə həssas qələmi milli sosializm cəmiyyətinin qabartdığı, aktuallaşdırdığı bütün problemlərə toxunmağa hazır qadir idi. Hətta digər yazıçıların bu ya digər cinahdan yayınmağa çalışdığı mövzuların da üzərinə İlyas Əfəndiyevin romanları cəsarətlə gedirdi. Deyək, 1950-ci illərdə az qala bütün ölkədə kənd nəsrinin başı yenilikçilər köhnəpərəstlər arasında istehsalat münaqişəsinə qarışdığı yerdə, “Söyüdlü arxda yazıçı mövzunu yeni səmtə yönəldir; istehsalat konfliktini fona verməklə oxucunun diqqətini insanın yaradıcı enerjisinə, Nuriyyənin qurub-yaratdığı sevgi səltənətinə cəlb edir. Yaxud 1960- illərin əvvəllərində Nikita Xruşşovun məşhur acınacaqlı kənd təsərrüfatındaqarğıdalı islahatının izlərinə o dövr nəsrimizdə rast gəlmək qədər çətinsə , “Dağlar arxasında üç dostromanında İ.Əfəndiyev nəinki cəsarətlə mövzunu qabardır, habelə inzibatçı yalanların törətdiyi gerçəklərə qarşı insan rəşadəti əməyin təntənəsini qoyurdu. Amma elə ki, israrlafəhlə qardaşdan yazmaq, istehsalatda olubhəyatın sınağından çıxmaqçağırışları səslənirdi, yazıçı asan bir yüngüllüklə elə istehsalatın içindəncə əmək mövzusundan nağıl qanadlarına sıçraya da bilirdi – “Sarıköynəklə Valehin nağılında olduğu kimi.

Ədəbi tənqid heç zaman İlyas Əfəndiyev yaradıcılığına biganə olmamış, hətta demək olar: onu həmişə diqqət mərkəzində saxlamışdır. Axı yazıçının geniş yaradıcılıq diapozonu hər növ təhlil söz deməyə fürsət verirdi: beynəlmiləl sosializm həyatının apologiyasından ta milli tarixin dərsləri, “Qarabağnamələrəcən. Amma hər dəfə təqdir-təriflə yanaşı, ədəbi tənqid İlyas Əfəndiyev romanlarında tənqidi cəhətlərə meydan tapırdı. Həm yazıçını, bir qayda, yazdıqlarına görə yox, yazmadıqlarına görə tənqid edirdilər. Məsələn, nədənDağlar arxasında üç dostromanında Səlimənin dünyasına aludə olub, ictimai gerçəklərə daha da çox yer verməmişdir? YaKörpüsalanlarınKommunistqəzetində dərci qəfil yarımçıq kəsilib, Səriyyəyə qarşıkommunistin əxlaq kodeksicəbhəsindən hücumlar başlanmışdı. “Sarıköynəklə Valehin nağılına qarşı qəfil başlanan ideoloji kampaniyanı isə o zaman MK-nın birinci katibi Heydər Əliyev şəxsən işə qarışıb, dayandırmalı olmuşdu.

Amma Elçinin xatirə-yazısından onu da öyrənirik ki: İlyas Əfəndiyev ədəbi tənqidin təriflərinə o qədər aludə olmamış, tənqidlərə qarşı isə həmişə biganə-loyal olmağı bacarmışdır. Əvəzində isə onu daim daha çox oxucular məşğul etmişdir. “...onun üçün bəlkə qat-qat artıq dərəcədə maraqlısı, bir insan bir yazıçı kimi, onun hisslər aləmində daha artıq dərəcədə təsirlisi ardı-arası kəsilmədən gələn oxucu məktubları idi... Bir ki, tanınmaz-bilinməz adamlarınoxucuların, tamaşaçıların ( xüsusən qadınların!) – telefon zəngləri... Onların etibarla söylədikləri həyat tarixçələri... hisslərin etirafı... müşkül suallar... bu suallara cavab axtarışları...”

İlyas Əfəndiyev roman janrının müasir ədəbiyyyatda yerini-rolunu-missiyasını yaxşı bilirdi tənqidçiləri ilə olmaqdansa, oxucusu ilə olmağa, ona kömək təsir etməyə, yol göstərməyə çalışırdı. Guya qəhrəmanlarının saf real, bir qədər sadəlövh-sadəzəmir duyğu xəyallar aləminə dalmaqdansa, sərt reallıqların mündəricə təhlilinə daha çox yer ayırsa idi, yazıçı ədəbi tənqidin təqdirinimi qazanacaqdı? Eynən bu yolla gedən İsa Hüseynovu, Sabir Əhmədlini məgər ədəbi tənqid tənqid etmirdimi?; bu dəfə yazmadığına görə yox, sərt gerçəkləri məhz yazdıqlarına görə... Odur ki, ictimai ziddiyyətlərə, sosial bəlalara heç biganə olmayan İlyas Əfəndiyev, əksinə minlərlə, on minlərlə oxucuları ilə birgə cansıxıcı həyatın məngənəsindən qurtulmaq üçün yollar arayır, roman həqiqətini alternativ olaraqfəaliyyət üçün rəhbərliyə çevirməyi üstün tuturdu; onu sevən oxucularının hədsiz olmasının sirri bunda idi.

Mixail Baxtin göstərir ki, eposdan fərqli olaraq roman olmuşları təhkiyə etmək sənəti deyildir; o, strukturu etibarilə müasir həyata açıqdır, gerçək həyata, olanlara müdaxilə, gündəlik həyatla dialoq iştirak romanın janr xüsusiyyətidir. Hətta həyatın bitməmiş, axıracan dərk olunmamış hadisəsi, xam materialının roman mətninə girməsi janrın təbiətindən irəli gəlir. İlyas Əfəndiyev janrı gözəl bilirdi; o qədər ki: bəzi belletristlər sayaq cəmiyyət həyatına müdaxiləni onu eynən romana köçürmək mənasında anlamırdı. Əksinə, yüksək sənətkarlıq, janrın fəlsəfəsinə mükəmməl yiyələnmək onun yaradıcılıq devizi idi. 1950-ci illərin sonlarından bütün 60- illər boyu roman ətrafında gedən diskussiya polemikalara nəzər sala bilərsiz. Bütün bu çək-çevirdə İlyas Əfəndiyevin mövqeyiyalnız yalnız sənətkarlıq davasıdır; hər hansı mövzunun yüksək sənət həllidir, vəssalam.

Bu yerdə bir qədər İlyas Əfəndiyevinsosial utopiyaadlandırdığımız romanlarının poetikasından, struktur xüsusiyyətlərindən danışmaq gərəkir. Əslində, monoqrafik tədqiqat tələb edən bu mövzudan bir məqalədə yalnız tezisvari danışmaq olar.

Bəli, yazıçı romanlarında Azərbaycan cəmiyyətindən bilavasitə gördüyü şəkildə  söz açmır; bu gerçəklərin vəd verdiyi, ya hardasa rədd etdiyi, ona alternativsosial utopiyalara üstünlük verir, hər növ məcmu dəyərləri ora köçürürdü. Buinsanın hər növ mənəvi istəklərinin, əməyin, dostluğun, rəşadətin, sevginin, gözəlliyin, ülfətin, ədalətin... tamlıqda bərqərar olduğu, hər cür ziddiyyətlər naqisliklər üzərində qələbə çaldığı idillik, amma eyni zamanda reallığı şübhə doğurmayan bir dünyadır. Bəlkə indi, yanımızda yoxsa da, yaxınlarda ya hardasa da vardır...

Romanlarının poetikasını ən yaxın izah edən Yaşar Qarayev yazır: “Körpüsalanlar” – İlyas Əfəndiyevin bu məşhur əsərinin adını rəmzi mənada alıb, onun bütünlükdə qəhrəmanlarına aid etmək olar; çoxusu vəzifəcə yol çəkən, buldozer sürən, maşınla, dəzgahla ya qaldırıcı kranla işləyən bu qəhrəmanların hamısı həm həyatla arzu, həqiqətlə nağıl arasında körpü salanlardır!”

İlyas Əfəndiyevsosial utopiyaromanlarını yaradırkən, idilliya-romanlarının təcrübəsindən istifadə edir: real tarixi zamanın içində qalmaqla, hadisələri bacardıqca zamanın diktə etdiyi münasibətlərdən təcrid etməyə, yaxud onu korşaltmağa çalışır, əvəzində təsvir təhkiyənin gücünü tamlıqda lokal ( yaxud şərti) məkandaSöyüdlü arx ətrafında, Qartallı dərədə, dağlar qoynunda, balaca bir tikinti meydanında cərəyan edən Utopiya zamanına kökləyə bilir. Bu ki, tanıdığımız anda İlyas Əfəndiyev qəhrəmanlarının ictimai statusuna diqqət etsək, kimdir Nuriyyə? – “heç bir kəsi olmayankimsəsiz bir qız; kimdir Səriyyə? – “yeddi baş ailə iki balaca otaqdan qopubgörmədiyi bir günə düşmüşkimsəsiz bir qız; kimdir Səlimə? – “özbək anasının heç bir qohum-əqrabası olmadığından meylini saldığı”, atadan-anadan uzaq düşmüş qərib bir qız... Valehlə Sarıköynək yetimxanada böyüyüb; axtarsaq, hələ qədər taleyi belə qərib, tənha başlamış surətlər var İlyas Əfəndiyevin romanlarında (Hümmət, Qulu, Nazxanım, Qəribcan, Mikola s.)

Romançı qəhrəmanlarını bu kimsəsiz ərazilərdən seçməklə tarixi planda iki görmüş olur; həm ailə-patriarxal münasibətlərin ətalətindən kənarda təqdim edə bilir qəhrəmanlarını, eyni zamanda sosializm cəmiyyətinin qanlı-qadalı dünənindən ayırmış olur onları. Yenə M.Baxtinə söykənsək, idillik janrın xüsusiyyətidir ki: İlyas Əfəndiyev sosial bağlardan qopardığı qəhrəmanlarını birbaşa təbiətin qoynuna atır, bayaqdan bəri vurğuladığımız ilanlı çöllərlə, sıldırım buz qayalarla, qartallı dərələrlə baş-başa qoyur, xarakterlərini doğma təbiətlə təmasda çarpışmalarda açır. Bu birfolklor realizmi xas ustalıqdır ki: yazıçıya qəhrəmanlarına nəinki istənilən təbii mənəvi keyfiyyətlər verməyə, həm bu cəhətləri istənilən qədər artırmağa, mükəmməllik dərəcəsinə çatdırmağa imkan verir. Nəticədə roman boyu bu ya digər xalq həqiqəti təbiət stixiyasından qüdrət alan İlyas Əfəndiyev qəhrəmanları son olaraq qarşımıza təzə ictimai statusda çıxır, gənc nəslin, yeni generasionun formalaşmasında pozitiv rolunu oynayır.

Mən burda tez-tez M.Baxtinin roman nəzəriyyəsinə əsaslanmaqla, heç bu fikirdə deyiləm ki, İlyas Əfəndiyev özünün yeni roman tipini yaradarkən məhz bu yaxud da hər hansı özgə bir nəzəriyyəyə üz tutmuşdur. Hər hansı yazıçının yaradıcılıq laboratoriyası heç müəyyən nəzəri sxemlərdən hasil olmur, əksinə, məhz təzə romanlar nəzəriyyənin roman təfəkkürünün inkişafında rol oynayır. Burda mən elə onu vurğulamaq istəyirəm ki, İlyas Əfəndiyev romanlarını yaradarkən dünya roman təcrübəsindən yaxşıca xəbərdar idi. Elçinin qeydlərindən görürük: onun zəngin kitabxanasında antik orta əsrlərin macəra romanları da var, cəngavərlik romanları da, folklor xronotoplu xalq romanları da, maarifçi utopiya idilliyalar da... başlıcası, yazıçı həmin təcrübədən yaradıcı şəkildə bəhrələnərək, onu XIX-XX əsrlərin realist roman konsepsiyası zəminində həzm edir.

İlyas Əfəndiyevin roman üslubundan danışarkən folklor bəhrələnmələrindən, əfsanə-nağıl-dastan ünsürlərindən çox bəhs edilir. Amma busadəcə yazı dili-texnikası, zahiri effektə hesablanmış etnoqrafik məsələ olmayıb, yuxarıda göstərməyə çalışdığımız kimi, romanların ideya-mündəricəsindən doğan birbaşa struktur məsələsidir. Belə bir misal. “Sarıköynəklə Valehin nağılı” – romanın adında artıqnağıla eyham var; “Aldı Valeh” – “Aldı Sarıköynəktəhkiyə prinsipi həm hadisələri geniş zaman kontekstindən ayırıb lokal dastan-məclis atmosferinə, “aşıq nağılına kökləyir. Amma bir az da həssas olsaq, hər addımdabaşı qaldaqəhrəmanların növbənöv macəralarının az qala: “Hadıydı, Huduydu...” – qaravəlli deyim tərzində başlayıb, sonda isə ictimai yalan-palanla bitdiyini görərik.

Beləliklə, bu yolla romançı dövrün son dərəcə ağır ictimai gerçəklərini oynaq bir nikbinliklə nəql- “nağıledib qiymətləndirirdi. əgər bir yandan folklor yanaşması xalq həqiqətinin total miqyaslar almış yalanlar üzərində qələbəsini təmin edirdisə, digər tərəfdən yazıçının hələ ilk romanlarında böyük inam bəslədiyi sosial utopiyaların iflasını xəbər vermiş olurdu. MəhzSarıköynəklə Valehin nağılından sonra İlyas Əfəndiyev müasirlik tematikasını bizə buraxıb, “Geriyə baxma, qocaÜçatılanromanlarında üzünü idillik milli keçmişə tutdu.

Üstündən daha bir qərinə ötür; indi artıq bizimçün İlyas Əfəndiyevin sosial utopiya romanlarında cərəyan edən hadisələr keçmişdir, milli idillik keçmiş. Amma istər şəhər həyatını ucqar kəndin mədəniyyət səhnəsinə dəyişmiş, ya dağ kəndində mədəni tövlələr uğrunda çarpışan, yaxud bulduzer sürən, yol çəkən, maşında at tək çapan, istərsə qaldırıcı kranın hündür kabinəsindən həyatı seyr edən qəhrəmanlar olsunbiz bugün bu insanların həyat tarixçələrini maraqla oxuyur, oxuduqca ayrıla bilmir, sadəlövh düşüncələrinə zərrəcə darılmır, sevinclərinə şərik olur, hünərlərindən vəcd duyur, hər bir çətinlikdə özümüzü yanlarında hiss edirik. Çün İlyas Əfəndiyevin sosial utopiyaları sadəcəsovet dönəminin nağıllarıolmayıb, həm əbədi İnsan həqiqətindən söz açan İnsan həqiqətini əbədiləşdirən müasir sosial-psixoloji romanlar silsiləsidir.

Bircə misalla yazıya yekun vurmaq istərdim. Mən müasir gənclik auditoriyalarında dərs deyirəm çox vaxt tələbələrə özlərini oxuduqları roman qəhrəmanları ilə identifikasiya etməyi, eyniləşdirməyi təklif edirəm. Məsələn, qızlarımız daha sonrakı dövr romanlarının qəhrəmanlarına özgəlik kimi yanaşdıqları halda, bir qayda: Nuriyyə, Səlimə, Sarıköynək hətta Səriyyə ilə özlərini məmnuniyyətlə eyniləşdirməyə razı olurlar. Belə ki, bir yazısında Şirindil Alışanlı doğru vurğulayır: Geriyə baxmağa dəyər!

İlyas Əfəndiyevin romanları XX əsr ədəbiyyatımızın yetirdiyi təkrarsız mənəvi-estetik gözəllik mənbəyidir. Milli varlığımız durduqca, biz bu romanlardan həzz alacaq, bəhrələnəsiyik.  

 





02.06.2014    çap et  çap et