525.Az

Zakir Həsənov ABŞ müdafiə katibi Çak Heygellə görüşəcək


 

Zakir Həsənov ABŞ müdafiə katibi Çak Heygellə görüşəcək<b style="color:red"></b> Azərbaycan Respublikası müdafiə nazirinin ABŞ müdafiə katibi ilə görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclas çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın müdafiə katibi Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.
 





03.06.2014    çap et  çap et