525.Az

Rusiya AŞPA ilə əməkdaşlığı dayandırıb


 

Rusiya AŞPA ilə əməkdaşlığı dayandırıb<b style="color:red"></b>

 Moskva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirakdan və AŞPA ilə əməkdaşlıqdan müvəqqəti imtina edib.

APA-nın məlumatına görə, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
O qeyd edib ki, Rusiyanın AŞPA ilə əməkdaşlıqdan imtinası müvəqqəti xarakter daşıyır.
 
“Biz AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Biz assambleya ilə müvəqqəti olaraq əməkdaşlığı dayandırmışıq”, - deyə o vurğulayıb.
 
A.Puşkov bildirib ki, Rusiya nümayəndə heyətində qarşı sanksiyalar aradan qaldırılmayanədək AŞPA ilə əməkdaşlıq bərpa olunmayacaq.
 

 





03.06.2014    çap et  çap et