525.Az

NATO-nun baş katibi Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir


 

NATO-nun baş katibi Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir<b style="color:red"></b> NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Ukraynaya qaytarılmasını vacib hesab edir.

Bu barədə Trend-in İTAR-TASS-a istinadən məlumat verir.

Baş katib qeyd edib: "Biz əvvəlki kimi Krıma Ukraynanın bir hissəsi kimi baxırıq. Biz Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırırıq".

A.F.Rasmussen Brüsseldə NATO-ya üzv olan 28 ölkənin XİN rəhbərlərinin iki günlük iclasının açılışından əvvəl bildirib ki, NATO Ukraynadakı münaqişəyə hərbi müdaxilənin mümkünlüyü məsələsinə baxmır: "Biz hərbi variantı müzakirə etmirik. Biz böhranın siyasi və diplomatik həllini irəliyə hərəkət üçün doğru yol hesab etməkdə davam edirik".
 





03.06.2014    çap et  çap et