525.Az

İsa Qəmbər Elmar Məmmədyarova müraciət edib


 

İsa Qəmbər Elmar Məmmədyarova müraciət edib<b style="color:red"></b>

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultaya yer ayrılması ilə bağlı müraciətə cavab verilmədiyi üçün Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdiklərini xatırladan İ. Qəmbər məhkəmənin gedişi ərəfəsində şəhərin mərkəzindən uzaqda yerləşən Mədəniyyət Evinin təklif olunduğunu xatırladıb.
 
Müraciətdə Müsavat Partiyasının tarixi xatırladılıb, partiyaya qurultay keçirilmək üçün ayrılan zalın qənaətbəxş olmadığı vurğulanıb.
 
E. Məmmədyarovdan AŞ Nazirlər Komitəsinin sədri kimi problemin həllinə yardım etməsi istənilib.

 





04.06.2014    çap et  çap et