525.Az

Bodrumda Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub


 

Bodrumda Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub<b style="color:red"></b>

Bu gün Bodrumda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül arasında görüş keçirilib.

525.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
 
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





04.06.2014    çap et  çap et