525.Az

Türkiyə İsraildən addım gözləyir


 

Türkiyə İsraildən addım gözləyir<b style="color:red"></b>

Türkiyədə televiziya proqramlarının birinə qatılan xarici işlər naziri Əhməd Davudoğlu İsrail mövzusunda verilən sualları cavablandırıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlu İsrailin Türkiyəni danışıqlar masasına dəvət etməsinə belə münasibət bildirib:
 
“Hər kəs elə düşünür ki, Türkiyə İsraillə danışıqlardan imtina edir. Mavi Mərmərə məsələsində biz hansısa səhv addım atmamışıq. İsrail bu məsələdə günahkardır. Biz bu ölkədən günahını yumaq üçün hər hansı addımların atılmasını gözləyirik”.

Müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü deyən Davudoğlu İsrailin bu ölkələr vasitəsi ilə də onlara “Hər zaman münasibətlərimizi bərpa etməyə hazırıq” kimi mesajlar yolladıqlarını deyib. Xarici İşlər naziri İsrailin atacağı bu adımları dəyərləndirəcəklərini söyləyib.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et