525.Az

"Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır"


 

"Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır"<b style="color:red"></b>

Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun  17-18-də Azərbaycana səfər edəcəyini söyləyən A.Lukaşeviç bildirib ki, bu, artıq iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin cari il ərzində dördüncü görüşüdür: "Azərbaycan bizim Cənubi Qafqazdakı strateji tərəfdaşımızdır. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 4% artıb. Rusiyanın ixracı təxminən 3 milyard dollar, idxalı isə 640 milyon dollar olub. Azərbaycanda 500-dən çox Rusiya kampaniyası fəaliyyət göstərir”.
 
A.Lukaşeviç qeyd edib ki, hazırda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının XVI iclasına hazırlıq işləri gedir: “Əməkdaşlığımızda ən vacib komponentlərdən biri Rusiyanın subyektləri ilə Azərbaycan arasında əməkdaşlığın inkişafıdır. İyunun 23-24-də Azərbaycanın Qəbələ şəhərində keçiriləcək V Azərbaycan-Rusiya regionlararası forumuna ümidlərimiz böyükdür. Keçən ilin avqustunda Azərbaycanla Rusiya arasında imzalanan humanitar sahədə əməkdaşlıq haqqında sazişə də xüsusi önəm veririk”.

 





05.06.2014    çap et  çap et