525.Az

Ukrayna Rusiya ilə sərhədləri qismən bağlayıb


 

Ukrayna Rusiya ilə sərhədləri qismən bağlayıb<b style="color:red"></b>

Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq. 
 
Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin  qarşısını almaq məqsədi ilə verilib. 
 
Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib. 

 





06.06.2014    çap et  çap et