525.Az

Oqtay Əsədov inaqurasiya mərasimində iştirak üçün Ukraynaya gedir


 

Oqtay Əsədov inaqurasiya mərasimində iştirak üçün Ukraynaya gedir<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcək.

MM-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputat Çingiz Əsədullayev və digər rəsmi şəxslər daxildir.
 
Səfər zamanı Milli Məclisin sədri və onu müşayiət edən şəxslər Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcəklər. O. Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.
 
Səfər iyunun 7-də başa çatacaq.

 





06.06.2014    çap et  çap et