525.Az

Putinlə Merkelin görüşü baş tutub


 

Putinlə Merkelin görüşü baş tutub<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.

Onlar iyunun 6-da İkinci Dünya müharibəsində ikinci cəbhə açılmasının – müttəfiq qoşunların Fransanın Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir çərçivəsində görüşüblər.

“Media forum” saytının məlumatına görə, Normandiyada keçirilən görüşdə iştirak edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Merkelin bir saatlıq görüşü Ukraynaya həsr olunub: “Putin və Merkel söhbətlərini bütünlükdə Ukrayna məslələrinə, problemin həllinə həsr ediblər”.

“Liderlər Moskva və Berlin arasında Ukrayna məsələsinə münasibətdə fikir ayrılığının olmasından danışıblarmı” sualına Peskov belə cavab verib: “Söhbət məhz buna həsr olunub”.

 





06.06.2014    çap et  çap et