525.Az

Çində qocalar çoxalır


 

Çində qocalar çoxalır<b style="color:red"></b>

Yaxın 20 ildə Çində yaşlı nəslin sayı inanılmaz həddə çatacaq.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2033-cü ilədək bu ölkədə qocaların sayının 400 milyonu ötəcəyi söylənilir.

Şanxayda aidiyyatı qurum tərəfindən aparılan araşdırmalara görə ilin sonunadək Çində yaşı 60-dan yuxarı olan yaşlı nəslin sayının 200 milyonu ötəcəyi söylənilir. 2009-cu ildə təqdim olunan hesabatda 185 milyon olan bu rəqəm ümumi əhalinin 13,7 faizini təşkil edib. 2023-cü ilin sonunadək Çində qocaların sayının 300 milyonu, 2033-cü ilin sonunadək 400 milyonu ötəcəyi söylənilir.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et