525.Az

Rusiya və Ukrayna prezidentləri arasında görüş keçirilib


 

Rusiya və Ukrayna prezidentləri arasında görüş keçirilib<b style="color:red"></b>

 Antihitler koalisiyası üzvlərinin Normandiyaya desant çıxarmasının 70 illiyi münasibətilə Fransada keçirilən tədbirlərdə iştirak edən Rusiya prezidenti Vladimir Putin və Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ayaqüstü söhbət ediblər.

APA-nın “France Presse” və “Reuters” agentliklərinə istinadən verdiyi məlumata görə, qısa söhbətdə Almaniya kansleri Angela Merkel də olub. Onlar Normandiyadakı əməliyyatlarda iştirak etmiş veteranların şərəfinə ziyafətin verildiyi “Benouville” qəsrinə daxil olarkən qarşılaşıblar.
 
Görüşü müşahidə edən “Reuters”in jurnalisti V. Putin və P. Poroşenkonun bir-birinə əl uzatmadığını xəbər verib. Lakin daha sonra Fransa prezidentinin dəftərxanası məlumat yayıb ki, onlar arasında 15 dəqiqəlik görüş keçirilib və görüşdən sonra dövlət başçıları bir-birinə əl uzadıb. Məlumata görə, görüşdə iqtisadi məsələlər müzakirə olunub və yaxın vaxtlarda prezidentlər Ukraynadakı problemin sülh yolu ilə həllinin müzakirəsinə başlaya bilər. Dəftərxanadan bildiriblər ki, iki siyasətçinin danışıqları Rusiyanın yeni Ukrayna prezidentini tanımasına yol açacaq.

 





06.06.2014    çap et  çap et