525.Az

Obama Putindən Poroşenkonu tanımasını istəyib


 

Obama Putindən Poroşenkonu tanımasını istəyib<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşündə Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun legitimliyini tanımağa çağırıb.
 
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbəri Ağ evə əsaslanaraq, “Röyetr” yayıb.
 
“Prezident Obama Putinə bildirib ki, gərginliyin aradan qaldırılması Rusiyanın Poroşenkonu tanımasından, Ukraynanın şərqində separatçılara yardımı, Rusiya-Ukrayna sərhədindən terrorçulara silah və texnika ötürməyi dayandırmasından asılıdır”-deyə, mənbə vurğulayıb.
 
Xatırladaq ki, Normandiyaya müttəfiq qoşununu yeridilməsinin 70 illiyinə həsr olunan tədbirdə ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı ilə qeyri-rəsmi görüşü keçirilib.
 





07.06.2014    çap et  çap et