525.Az

Elman Abdullayev Efiopiyaya səfir gedir


 

Elman Abdullayev Efiopiyaya səfir gedir<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Efiopiya Federal Demokratik Respublikasına səfir göndərilir.

Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məlumata görə, E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir kimi fəaliyyət göstərəcəyi gözlənilir.

Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.

Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.

Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir.

Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.

 





09.06.2014    çap et  çap et