525.Az

"Parla, ey şans ulduzu!"- Əsəd Cahangir "Ulduz" haqqında yazır


 

(Yazı “Ulduz” jurnalının 2014-cü il may nömrəsində ixtisarla dərc olunub)

"Parla, ey şans ulduzu!"- <b style="color:red">Əsəd Cahangir "Ulduz" haqqında yazır</b>

Qulu Ağsəsin baş redaktorluğu iləUlduzun ilk sayını demək olar ki, hamı gözləyirdi, onu istəyənlər , istəməyənlər . Qulu məni nömrənin eksperti təyin etdiyindən nömrəni xüsusi maraqla gözlədiyimi yazmaq yəqin ki, artıqdır. budur,  Markesin diliylə desək, gözlənilən jurnal artıq qarşımızdadır, bircə qalır onuqətlə yetirmək...”  Amma biz öz saydığımızı sayaq, görək Qulu sayır.

Jurnal pozitiv neqativ anlamda nələri üzə çıxardı?

Zərif, cəlbedici dizayn, istər üz qapağı, istərsə interyerdəki romantik, modernist, postmodernist şəkillər Qulunun həm klassik, həm müasir zövqündən xəbər verdi. Bunu hətta çək-çevirə salmağın özü belə artıq işdir. Buna ancaq baxmaq zövq almaq lazımdır. Buyurun, baxın zövq alın.  Necə deyərlər, görünən dağa bələdçi?     

Jurnalda Qulunun bir baş redaktor naşir kimi ən böyük uğuru odur ki, o sadəcə yazını yazının dalınca düzmür, çoxsaylı yeni rubrikalardan tutmuş, müəllif seçiminə qədər aydın görünən proqrama söykənir, məsələyə konseptual yanaşır. Məsələn, jurnalınUstadrubrikasında İsa Muğanna haqqında baş redaktorun özünün yazısıyla başlaması klassik ənənələrə hörmətin təzahürü kimi diqqətəlayiq olduğu qədər aktualdır  İsa Muğanna  ötən ay dünyasını dəyişib. Jurnalın gənc şair Könül HəsənqulununDərgidə kitabrubrikasındakı şeirləri ilə bitməsinin isə bir neçə mənası var: birincisi, Qulu iki zaman, iki ədəbi nəsil arasında körpü salmaq istəyir son on beş ildə ədəbi mühiti bürümüş qoca-cavan qarşıdurmasına sətiraltı etiraz edir, yəni demək istəyir ki, həpimiz bir günəşin zərrəsiyik; ikincisi, Könülünözü sözü, sözü özü qədər bu zərif xanımın yaradıcılıq dünyasının konturlarını bizə göstərmək istəyir. Mən Könül xanımın şair obrazını  bu şeirlərdə görə bildim ən azı öz payıma deyə bilərəm ki, Qulu rubrikada qarşısına qoyduğu məqsədə nail olub. Bu başqa söhbətdir ki, bütün modern yenilik çabaları, aydın görünən savadı ilə yanaşı Könül xanım mənə bir azəri qızından daha çox, avropalı birisini, onun şeirləri isə  tərcümələri, ən yaxşı halda Nazim Hikmətdən çevirmələri  xatırlatdı:

 

Sıx zəmi

Bir azca mən,

Bir azca sən...

Bir ovuc göy,

Bir ovuc yer

Zəmi dolu

Buğdalar...

 

Bir sözlə, Nazim Hikmət demişkən,

 

Su başında durmuşuz,

Çinar, ben, kedi, bir de güneş.

Suda suretimiz çıkıyor,

Çinarın, benim, kedinin, bir de günəşin.

Suyun şavkı vuruyor bize

Çinara,  bana, kediye, bir de güneşe.

 

Mən bu sözlərlə klassikadan təsirlənmənin əleyhinə çıxmıram, amma məncə, bu, yalnız bir halda məqbul sayıla bilər  sadəcə, təqlid yox, yaradıcı bəhrələnmə olsun. Demirəm ki, törəmə mətn ilkin mətndən hökmən güclü olmalıdır, amma bu mətndə nəsə fərqli, orijinal bir şey olmalıdır. Üstünlük olsa isə daha yaxşı: FüzuliLeyli Məcnunu Nizamidən, Edqar Allan PoQarğa Fransua Viyondan, Səməd VurğunAzərbaycanı Əhməd Cavaddan daha güclü yazdığı kimi. Yeri gəlmişkən, Könülün öz şeirləriniSol çiynində qarğa gəzdirən qızbaşlığı altında verməsi mənə Avropa şairlərindən epiqonu xatırlatdı. Amma məsələ sadəcə epiqonda deyil.  Niyə sağ yox, məhz sol, bülbül yox, məhz qarğa? Niyə təkcə Könül yox, gənclərin əksəriyyəti yeniliyi, istedadı hökmən solxaylıqda görürlər? Niyə onlara elə gəlir ki, bülbül yox, məhz qarğa şeirin qəhrəmanına çevrilməlidir? Mən bu cür düşünmək yazmağın əleyhinə deyiləm, sadəcə bu cür düşünməyin kütləviləşməsinin, doqmaya, etalona, ölçüyə, meyara çevrilməsinin, bədii fikrin özünün bülbül qütbündən birmənalı surətdə qarğa qütbünə sıçramasının əleyhinəyəm. Məncə, istedad sağı da, solu da, bülbülü , qarğanı da, pozitivi , neqativi , xeyri , şəri bir tam halında görməkdə, x   y oxlarının kəsişdiyi 0 nöqtəsinin üstündə durmaqda, varlığı bütün koordinatlarıyla  əks etdirməkdə, bütövlükdədir, hətta bu varlığa sığmamaqdadır:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.  

 Şeir vaxtırubrikasının Çingiz Əlioğlunun şeirlərinə həsr olunması da təbiidirÇingiz müəllim modern şeirin aparıcı imzalarından biridir gənclər ondan çox şey öyrənə bilərlər.  Bunu da öyrənə bilərlər ki, bu dünyada hər şey gec-tez özünə qayıdır  sərbəst şeirləri ilə tanınan Çingiz müəllimin bu dəfəki şeirləri hamısı heca vəznindədir.  İkincisi isəUlduzsadəcə gənclərin dərc olunduğu jurnal deyil, gənclər üçün jurnaldır bu üzdən yaşlı şairlərimizin dərcini təbii qarşılamaq lazımdır. Əsas odur ki, oxumağa bir şey olsun. Çingiz müəllimin şeirləri etiraf   özünüifşa məzmunludur, romantika prozaik həyat gerçəkliyinin toqquşmasından doğan yumora köklənir. Bu şeirlərin şən-şux ritmi belə sadəcə orijinal olmaqla qalmayıb, həm bu yumora xidmət edir:

 

Özümə çox qapandım,

Özümdən çıxmağım gəlir.

Bu qov-qaçdan can qurtarıb

Çəkilib bir kənara

Özümə baxmağım gəlir.

 

Dırmanıb yad  eyvana

Aynanı açmağım gəlir.

O evin qısqanc kişisi

İşdi qəfil dönərsə,

Atılıb qaçmağım gəlir.

 

Kəndinə dön, toxta bir

Özündən çıxıb özünü

Ha axtarsan tapammassan

Daha göydən sən ulduz

Ölsən qapammazsan.

 

Başını sağ aşağı,

İşdən çıxıb dön evinə.

Arvadqreçkagətirsin,

Tıx boğula-boğula,

Udqun sevinə-sevinə.

 

Amma mən rubrikanın adıyla razı deyiləm – “Şeir vaxtı”!  Çünki filoloji demoqogiya kimi görünsə , deyim ki, şeirin vaxtı yox, əbədiyyəti olur. Hətta mənə elə gəlir ki, yaradıcılıq, xüsusən şeir zamanın buxovunu qolumuzdan açmaq, vaxtın sərhədlərini aşmaq istəyindən doğur. Qulu orijinal adlar fikirləşib tapmaqda mahirdir məncə, bu rubrikaya daha uyğun ad fikirləşmək onun üçün o qədər çətin olmazdı.

Rubrikanın tanınmış şairə Həyat Şəminin şeirləri ilə davam etməsi məntiqlidir. Həyat xanım  kifayət qədər cavan olsa da, artıq özünü təsdiq etmiş bu üzdən gəncliyə örnək göstəriləcək birisidir.  O, yazmaq xatirinə yazanlardan deyil.  Fikir vermişəm, Həyat hər yeni silsiləsi ilə qarşımıza yeni bir ölçüdə, yeni rəngdə çıxıb. Bu mənada onun bir şair kimi inkişafını izləmək mənim üçün həmişə maraqlı olub. Düzdür, bu şeirlərdə Həyatın irəliləyişi  qabarıq görünmür, amma bunun da səbəbi varirəliləyiş, yeni mərhələyə keçid hər dəqiqə baş vermir, müəyyən zaman tələb edir. Bu şeirlərin müəllifi müəyyən istisnaları çıxmaq şərtilə mənim artıq tanıdığım Həyatdır. Amma bu tanışlıq Həyatın son şeirləri üçün səciyyəvi olan səmimi etirafların, müasir həyatla bağlı poetik obrazlar dil oyunlarının, ikibaşlı ironiyaların   əhəmiyyətini inkar etmir.

 

Yeni şeirlərim var sənə,

Dünən bir uşaq

əlində pozan

Qoy göy üzünün yaşını silimdedi.

 

Gecə saat on radələrində

bir avtomobil qəzaya  uğrayıb

aeroport yolunda...

yanında sərnişin vardı,

nicat idi adı...

eşitdim

ürəyim çatdadı.

 

Bu gün havam yaxşı olacaq,

Efirdə gördüm səni.

 

Ümidvar da bağlandı...

 

Sabah mən olmayacam...

Bu gün gecdi...

Görüşməyənədək!

 

Həyat bu şeirdə şüuraltı axın prosesini verməyə cəhd edir.  Şeirdə şüuraltının bu digər yerindən boy verən düşüncələrlə eşidilənlər görünənlərin bir-birini əvəzləməsi məhz bu cəhdin ifadəsinə xidmət edir. Amma şair bütün bunları bir-birini ardıcıl əvəz edən üç qrammatik zamanın (Dünən bir uşaq..., Bu gün havam..., Sabah mən olmayacam...) çərçivəsinə salanda bu qeyri-ixtiyari psixoloji prosesi məntiqi çərçivəyə salır. bununla da şüuraltı axın prosesinin təbiilik qanunlarını pozur.

 Variasiyarubrikasında tanınmış şairə, ssenarist Alla Axundovanın seçilməsinə görə isə Quluya xüsusi minnətdarlığımı bildirirəm. Çünki Alla xanımŞərikli çörək xüsusən , “Alma almaya bənzərfilmlərinin ssenari müəllifi kimi mənim ən sevimli müəlliflərimdən biridir. Çünki Alla xanım Azərbaycan ədəbiyyatının Moskvada ən aktiv təbliğatçılarından biridir. Çünki Alla xanım... Çünkilər çoxdur, əsas isə  bir məsələdirgəncliyimiz Alla xanımı tanımalı sevməlidir, gəncliyimiz Alla xanımdan öyrənməlidir. Sənəti, savadı, vətəni sevməyi, təvazönü... Bir bir şeyiqürbət zahirən qədər cəlbedici görünsə , acı, iki millətin arasında qalmaq isə faciədir.

Qürbət şeirləri  rubrikasında yer alan gənc şair, Ümumrusiya Azərbaycan Konqresi saytının rəhbəri Nilufər A. Şıxlının şeirlərindən yalnız sonuncunu bəyənsəm , Qulunun körpü salmaq işini burda da qiymətləndirməmək olmaz. Üstəlik, əgər vaxtsa, bu yazımı oxuyacaqsa, Nilufərə bir mesaj ötürmək istərdim istərdim ki, bu mesajım onun qəlbinə dəyməsin.  Təxəllüsündəki A. mənə şou adamlarını xatırlatdıKənan M.Quliyev, F.A. sair sair... Məncə, bu cür gözəl misraları olan bir şairin belə təxəllüsbazlığa ehtiyacı yoxdur:

 

Çəkilək bir adaya,

Hər tərəf dəniz olsun.

Gülək- qara buludlar,

Dönüb ağbəniz olsun.

 

Çəkilək bir adaya,

Düşünməyək heç kəsi.

Hər gün oyatsın bizi,

Qağayıların səsi.

 

Gizlənək gəmilərdən,

Gözdən itincəyədək,

Ayrılmayaq bu yerdən,

Ömür bitincəyədək...

 

Oranjimançılara verməyə çoxlu pulum olsaydı Flora Kərimova cavan olsaydı, bu şeirə romantik bir mahnı bəstələyər xahiş edərdim ki, Flora xanım oxuyun bu mahnını...

Ev-muzeyindən reportajrubrikasında Mirzə Cəlilin ev muzeyindən danışan istedadlı nasir publisis Təranə Vahid bizi sətiraltı olaraq müqəddəs söz ünvanlarımızı unutmamağa dəvət edir mən deyərdim ki, məqsədinə nail olur. Təranə xanım muzeyin otaqlarını bundan çıxış  edərək dahi yazıçı-dramaturqun yaradıcılığı ilə  məqamları elə şirin bir dillə yazıya alır ki, mən yəqin ki, ilk imkan düşən kimi bu ünvana getməli olacam.

Estoniyada yaşayan həmyerlimiz, Tartu Universitenin Türk Dili Mərkəzinin müdiri Xaqani Qayıblının bir-birindən gözəl nəğmələrini verməklə Qulu daha bir körpü salır jurnal körpülər şəhərinə çevrilən Bakıya bənzəməyə başlayır:

 

O mənəmsəndən ötəri

yağış yağanda darıxan.

Şaxtalı qış gecələri,

İsti yorğanda darıxan.

 

Xəbərin yox, yağan yağış,

Yaddaşıma nələr deyir?

Damlalar əllərim olub

Pəncərəmi döyəcləyir.

 

Bircə bilsən uzaqlarda

Sənsiz darıxmaq necədir!

Çaşıb adını çağırmaq,

Sonra karıxmaq necədir...

 

...Göy üzünü bulud alsa,

Sən olursan dərdim-sərim.

Bilirəm ki, eyvandasan!

Üşüyürsən, gir içəri.

 

Şərif AğayarKulis.azsaytındakı yazısında Xaqani müəllimi bu nəğmələrə görə tənqid etmişdi, xüsusən Ramiz Rövşəndən təqlid məsələsində. Məncə, Şərifin məsələyə yanaşmasındakı səhvi nədədiro nəğmədən şeir tələb edir. Nəğmə isə elə nəğmədir yalnız hər şeyə öz dəqiq adını verəndə, janr  mənsubiyyətini müəyyən edəndə o öz həqiqi ədalətli qiymətini alır.

Xaqani müəllimi isə Ramiz Rövşəndən təsirlənmək kimi ümumi, mücərrəd bir məsələyə görə yox, konkret məsələlərə görə tənqid etmək olar. Məsələn, yorğan estetikası bu cür romantik, zərif  bir nəğmənin  ən ümumi ruhuna yabançı görünür. YaxudXəbərin yox, yağan yağış, yaddaşıma nələr deyir?” misralarının sual intonasiyası özüxəbərin yoxəvəzinə onun tamam əksini – “xəbərin varifadıəsini tələb edir:

Xəbərin var, yağan yağış, yaddaşıma nələr deyir?

yaxud  Damlalar əllərim olub, pəncərəmi döyəcləyirmisrasında, məncə, “pəncərəmiyerinəpəncərəniolmalıdır. Çünki əgər aşiq öz sevgilisi üçün darıxırsa, yağış vasitəsilə özünün yox, sevgilisinin pəncərəsinin döyəcləməsi daha məntiqi olardı.  Yox əgərPəncərəmi döyəcləyirolmalıdırsa, ondaəllərimyerinəəllərinişlənməlidir:

Damlalar əllərin olub, pəncərəmi döyəcləyir.

Şeirin kifayət qədər maraqlı final akkordu da (“üşüyürsən, gir içəri”) bu variantın daha məqbul olduğunu göstərir. Bilmirəm, bəlkə bu qarmaqarışıqlıq redaktə xətalarından irəli gəlir. Oxucunu isə bir şey maraqlandırırortalığa çıxan məhsul!

Gənc yazıçı Fərid Hüseynin Xaqani müəllimlə müsahibəsi oxucunu şairin həyat yaradıcılıq dünyasına daxil edir. Amma bir qayda olaraq özünün hazırlıqlı müsahibələri ilə seçilən Fəridin suallarından biri mənə öz qəfilliyi bir az da kobudluğu ilə qəribə təsir bağışladı: “Guya burda yaşasaz, hamının sizə münasibəti indiki kimi olacaqdı?”  Mən bu yazınınUlduzda dərc olunan qısa variantında sözügedən məsələni qeyd edib, bu barədə özəl açıqlama verməmiş sözümüəlavə şərhə yol verməyib, qalan fikirlərimi Fəridlə təkbətək söhbətə saxlayıramdeyə yekunlaşdırmışdım. Jurnalın dərcindən sonra Fəridin bu məsələylə bağlı sualından isə hiss etdim ki, deyəsən, özəl açıqlamaya ehtiyac var.  Əvvəla, deyim ki, bu məsələ, təkcə Fəridə yox, onun yaşıdlarının əksəriyyətinə aiddir. Məsələn, bunu həttaKulis.azsaytının əməkdaşı, yazılarını maraqla izlədiyim, son dövrdə ədəbiyyat adamlarıyla ən maraqlı müsahibələrin altına imza qoyan Ağa Cəfərlidə hiss eləmişəm. indi bu iki nəfərin adını çəkməyim onlara xüsusi güvəncimdən irəli gəlirhəm maraqlı, həm savadlı söhbətlər edirsiniz, sadəcə bu kiçik nöqsanı da aradan qaldırın. Nəzakət ziyalılığın ilk göstəricisidir. Müsahibəyə dəvət etdiyiniz şəxslə evinizə gəlmiş qonaqla davrandığınız kimi davranın. Fəridgilin Kürdəmirdəki evlərində qonaq olmuşam onun qonaqpərvərlik qanunlarına bütün prosedur incəlikləri ilə əməl etməsinin şahidiyəm. Ona görə yazıram bunları.  Özü söhbət ondan getmir ki, sən öz müsahibindən soruşursan, əsas məsələ sualın verilmə tərzi, söhbətin tonudur.

Türkiyədə yaşayan tanınmış aktyor rejissor Cahangir Zeynalovun Bakıda olmasından istifadə edib ondan operativ müsahibə-reportaj (“Dünyada hər ki olub... olacaq”) hazırlayan Pərvin Ulduzun ümumi körpüsalanlar ansamblına öz töhfəsini verir. Amma bu üçmərtəbəli körpüdürTürkiyə ilə Azərbaycan arasında, müsahibə ilə reportaj arasında, söz sənəti ilə aktyor sənəti arasında. Pərvin nasirdir, özü sıravi yox, istedadlı nasirdir. Bu yazıda da Pərvinin nasir istedadı, xüsusən psixologizmə meyli açıq duyulur. O, Cahangir müəllimin fikir duyğularından elə maraqlı yazır ki, yazının tez bitməsinə təəssüf edirsən hətta sənə elə gəlir ki, yazı yarımçıq qalır.

Muncuq oyunurubrikasında Qulu bir naşir olaraq özünün eksperimental idrakını işə salırbeş-altı adam (Rüfət Əhmədzadə, Könül Səid, Səbuhi Şahmursoy, Anar Rafiqoğlu, Səid Əliyev, Oktay Hacımusalı) bir hekayə yazır – “Pencək”. Biri qolunu, biri yaxalığını, biri ətəyini..., hamısı bir yerdə cibini. Çünki inanırlar ki, Qulu bu qeyri-adi zəhmətlərinə görə onlara yaxşı qonorar verəcək. Amma nədənsə mən bu heakyənin fərqli qafaların məhsulu olduğuna inanmadım. Elə bil ki, hamısını bir qələmdən çıxıb. Rubrikanın məqsədi isə məhz fərqli üslubların eklektikasını göstərmək idi. Mənə elə gəldi ki, bu yazı kimsə bir nəfərin redaktəsindən çıxıb.

Tərcümə saatırubrikasında Qulu Avropaya pəncərə açır, özü Slovakiya tərəfdənSəyavuş Məmmədzadənin tərcüməsində slovak şairlərindən tərcümələr verir. Səyavuş müəllim isə istedadlı təcrübəli adamdırhətta zəif tərcümə edəndə onda yaxşı alınır:

Şeirimin içinə

gilənar tumu

sayağı

sığınaydım,

için-için yanaydım,

canım, qanım sanaydım,

torpağın üzərinə qonaydım.

 

Slovak şairlərindən tərcümələr müasir milli poeziyamıza olan rəğbətimi bir az da artırdı bu qərara gəldim ki, biz deyəsən, doğrudan da şair xalqıq. 

Amma bax, gənc yazar Rüfət Əhmədzadənin Herman Hessedən tərcümə elədiyiKitab adamessesi başqa söhbət. Cümlələr səlis, məna-mündəricə öz yerində. Bu Hermanın öz oxucularına həm xəbərdarlığıdırkitab oxuyub təkcə savadlı yox, həm avam olmaq olar. Bir az ayıq olun, hər oxuduğunuza aludə olmayın. Əsas kitab yox, həyatdır.

Anımrubrikasında İsi Məlikzadədən yazan (“Ustad nasir”) tənqidçi Vaqif  Yusifli  yenə özünün  60- illərə nostalji ampluasındadır. Elə Qulu da körpüsünü salmaqda davam edir, amma bu dəfə məkana yox,  zamana. Az qala hamının unutduğu,  amma unudulmağa layiq olmayan İsi müəllimi yada salmaq vicdan işidir Qulu vicdanlı redaktordur. Amma niyə məhz İsi? Bu ay onun ömür tarixinin hansı məqamıyla bağlıdır? Axı dövrü mətbuatın əsas xüsusiyyətlərindən biri carilik, prosessuallıqdır. Vaqif müəllimi ən azı bir məsələdə təqdir etmək olarhəttaQuyumüəllifindən yazanda da oxucunu düşüncə quyusuna salmır. 

 Amma təəssüf ki, “Söz haqqında sözrubrikasındaPostmodernizm modernizmin inkarı kontekstindəməqaləsi ilə çıxış edən hörmətli Aydın Dadaşov haqqında bunun tam əksini demək lazım gəlir. Yazı Kamal Abdullanın postmodern nəsr əsərlərinə həsr olunub Kamal Abdulladan yazan bütün müəlliflərə məxsus bir xüsusiyyətdən Aydın müəllim yaxa qurtara bilmirməsələni aydınlaşdırmaq əvəzinə daha da qəlizləşdirmək, oxucunu quyuya olmasa da, labirintə salmaq.  Odur ki, Qulunun mündəricatda bu yazını özünəməxsus bir yumorla  Aydın (yazı)rkimi təqdim etməsini mən tərsinə anladım. Qulunun hətta mötərizəsi xüsusi məna yükü daşıyır, bir-bininə daban-dabana zidd olan fikirləri eyni müstəviyə gətirir. 

Hicran HüseynovaAsan xidmətrubrikasında PuşkininMən sizi sevirdimşeirini yadımıza salır, deyir ki, gəlin biz onu sevək. “Almaniyadan büromuzrubrikasındaƏli Ninodan yazan Orhan Aras hamının bildiyi, Nobel mükafatçısı, Danimarka yazıçısı Karl Gellerrupdan yazan İlham Abbasov isə az adamın bildiyi mövzuya üz tutur.  Hər üç halda Qulu körpüsünü salmaqda davam ediramma bir az fərqli, eyni vaxtda həm zaman, həm məkana.

Fikrimizi ümumiləşdirək. Bütün təqdir tənqid etdiyim (heç tənqid etdim ki? Odur ki, Qulunun metodundan istifadə edib onu mötərizədə tənqid edəcəmjurnalda müasir ədəbi proseslə, xüsusən gənclərin yaradıcılığı ilə bağlı ədəbi-tənqidi yazıya maraqlı bir nəsr əsərinə ehtiyac duyulur) cəhətləriylə yanaşı Qulu Ağsəs bu işiyləUlduzun tarixində yeni mərhələnin başlanmasından xəbər verdi.

Jurnalın ekspert elədim, bir az da Qulunun özünü ekspert edim.  Canı-cüssəsiylə xüsusi seçilməyən Qulu bu bir ayda almacıq sümükləri çıxana qədər arıqladı. İndi-indi özünə gəlməyə başlayır. Qulunun  işi öz  vəzifəsinə namus məsuliyyətlə yanaşmağın mənim həyatda gördüyüm bəlkə ən qabarıq nümunəsidir. düzünü deyim ki, bu məni bir az mütəəssir edir. Təkcə elə fədakarlığına görə Quluya şeir həsr etməyinə dəyərdi mən elə belə elədim. Ömrümdə birinci dəfə qəzəl yazdım. İndi onu sizin ekspertizanıza buraxıram.  Diqqət: yazıda deyə bilmədiyim bir çox fikirləri şeirin dumanlı ibarələriylə verməyə çalışmışam. Sakın qaçırmayın!

 

Afərin, ey Qulu Ağsəs,

bizə imdad elədin,

Böylə jurnal buraxıb,

tazəlik icad elədin.

 

əcəb, doğdu sözün göylərinə

ulduzumuz,

Yığıb ulduzları sən,

Ulduzu abad elədin.

 

Başlayıb da İsadan ruhumuza

nur verdin,

Könül ilə bitirib, könlümüzü

şad elədin.

 

Tişeyi-əqlin ilə çapdın ətalət dağını,

TutubUlduzu şirin,

kəndini Fərhad elədin

 

Səpib inciləri söz tarlasına tər tökdün,

Ey əkinçi, baba Zərdabinimi yad elədin?

 

Batdı nurunda bütün yerdə

qalan jurnallar,

Mat qoyub xanələri,

evləri bərbad elədin.

 

İndi bildik, imiş səndə olan

eşqü həvəs,

İndi bildik niyə on ildi ki, fəryad elədin.

 

Şairi-məşhur idin, hər sözün,

hər kəlmən ilə,

Nəşri-ulduzla da naşir kimi bir ad elədin.

 

Əsəd olsam da,

hələ girməmiş idim qəzələ,

Qələmi aldım ələ,

sən məni ustad elədin!

 

Bütün oxucuları belə gözəl nəşr münasibətiylə təbrik edir, Qulu Ağsəs başda olmaqlaUlduzun kollektivinəƏdalət müəllimə, Oqtay müəllimə, İlqara, Rəfiqəyə, Hicrana, Fərqanəyə, Təranəyə, Dürdanəyə, Nərgizə  daha böyük uğurlar arzu edirəm. Qoy şans ulduzunuz heç vaxt sönməsin!

P.S. Yazını yazıb bitirmişdim ki, İlqar Fəhmi içəri daxil oldu. Birdən yadıma düşdü ki, axı İlqarın jurnalda Laroşfukonun aforizmlərindən böyük həcmdə tərcüməsi gedib, bəs, ondan niyə yazmamışam? Qayıdıb jurnalı bir vərəqləyirəm görürəm ki, kimsə mən otaqda olmayanda məhz İlqarın tərcüməsini cırıb ortadan götürüb. Mən yazını jurnalı vərəqləyə-vərəqləyə, jurnalın səhifələrinin kənarlarında  elədiyim qeydlərə baxa-baxa yazdığımdan İlqarın tərcümələrini görməmiş, ona görə ondan yazmamışam. Yaxşı, bu kimin işi ola? fərqi? Əsas odur ki, hansısa bir oxucu jurnaldakı materiallardan ən çox İlqarın tərcüməsini bəyənib. odur ki, İlqarın tərcümələri haqda danışmayacam. Ona ən yüksək qiyməti oxucu verib. Son söz isə həmişə oxucunundur... 

 





09.06.2014    çap et  çap et