525.Az

Klassik publisistikamızın yeni tədqiqat faktı


 

Klassik publisistikamızın yeni tədqiqat faktı<b style="color:red"></b>

BDU-nın, Jurnalistikanın nəzəriyyəsi
təcrübəsi kafedrasının baş müəllimi,
filologiya üzrəfəlsəfə doktoru 

Tarixdə elə şəxsiyyətlər elə yaradıcılıq nümunələri var ki, o şəxsiyyətləri o yaradıcılıq nümunələrini tədqiq etmək, qiymətləndirmək yeni nəslə ötürmək səlahiyyətini tale elə onların səviyyəsində olan insanlara-alimlərə qismət edir. Vətən, millət, dövlət kimi müqəddəs anlayışlara bağlı tarixi şəxsiyyətlər barədə söz demək səlahiyyəti isə daha çox mənəvi təmizlik, insani böyüklük tələb edir. “Bütün şüurlu həyatını vətənin müstəqilliyi, millətin azadlığı, səadət xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş vətən övladı, istiqlal fədaisi” (Ş. Hüseynov) Məhəmməd Əmin Rəsulzadə haqqında söz deməyə, onu tədqiq etməyə girişən adamın da buna gərək ikiqat mənəvi haqqı olsun. Mənəvi dünyasına, vətən sevgisinə, milli təəssübkeşliyinə, elmi cəsarətinə (!), publisist ustalığına, öyrətmək bacarığına neçə-neçə vətəndaşlıq keyfiyyətinə hələ tələbəlik illərindən bələd olduğum, uzun illərdən bəri birgə çalışdığımız, amma özümüzü yanında həmişə fəxrlə onun tələbəsi hesab etdiyimiz professor Şirməmməd Hüseynov bu haqqın, bu səlahiyyətin sahibidir. Ən qatı müxalif personadan tutmuş ölkənin Prezidentinədək hər kəs Şirməmməd müəllimin bu haqqa sahib olduğunu dilə gətirir. Ötən il noyabrın 24- Azərbaycan Prezidentinin jurnalistlərlə səmimi görüşünü telekanallardan izlədim qəzetlərin geniş hesabatlarına diqqət yetirdim. Cənab Prezident o görüşdə mənim müəllimimə- professor Şirməmməd Hüseynova müraciətlə dedi: “Şirməmməd müəllim! Sizin fəaliyyətinizi mən çox yüksək qiymətləndirirəm”. Sonra Prezident əlavə etdi: “Sizin fəaliyyətinizi Azərbaycan xalqı yüksək qiymətləndirir”. Prezidentin bu sözləri Şirməmməd müəllimi tanıyanların hamısında xüsusi olaraq onun ömrünü həsr etdiyi Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kollektivində qürur hissi yaşatdı. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti bu böyük tədqiqatçıya verdiyi o yüksək qiymətində alimin daha çox M.Ə. Rəsulzadə irsi üzərindəki tədqiqatlarını nəzərdə tuturdu. Azərbaycanın müstəqillik uğrunda mübarizəyə başladığı 1980-ci illərin ikinci yarısından bəri professor Ş.Hüseynovun əsas tədqiqat hədəfləri Azərbaycan Xalq Cümhuriyyəti kimi möhtəşəm bir demokratik dövlətin yaranması uğrunda mübarizə aparmış klassik mətbuatımız, klassik publisistikamız, klassik ədiblərimiz olmuşdur. Bu sırada aliminMüstəqilliyinin çətin yolu...”, “Mətbu irsimizdən səhifələr”, “Milli haqq ədalət axtarışında”, “Mənəvi irsimiz gerçəklik”... kimi bir neçə fundamental monoqrafiyası nəşr olunmuşdur. Bu kitabların həcmi təxminən 200 çap vərəqindən çoxdur. Bütün bunlar üstəgəl Üzeyir Hacıbəylinin nəşrlərinə əvvəllər qəsdən daxil edilməmişNəşrlərindən kənarda qalan əsərləri” (35 çap vərəqi), Cümhuriyyət dövrü ilə bağlı bir sıra tarixi əsərləri yenidən çap etdirməsi, klassik publisistikamızın müasirlik kəsb edən yüzlərlə nümunəsini arxivlərdən çıxarıb xüsusi şərhlərlə bu günkü qəzetlərimizdə dərc etdirməsi s. kimi titanik yaradıcılıq işi xalqa, millətə yanan bir ürəyin müqəddəs məhsuludur.

... bütün bu titanik fəaliyyətin fövqündə isə müəllimimizin M.Ə.Rəsulzadənin yaradıcılıq irsi ətrafında apardığı tədqiqatlar dayanır. İndiyə qədər M.Ə.Rəsulzadənin 5 cildlik əsərlərini arxivlərdəki qəzetlərdən toplamaq, transliterasiya etmək, xronoloji tərtibat qaydası ilə nəşrə hazırlamaq, bu nəşrlərdə müasir oxucuya qaranlıq qala biləcək məqamların şərhini vermək, ərəb-fars lüğət tərkibli dilin müasir işlək fondundan çıxmış söz ifadələrin lüğətini təqdim etmək... kimi mühüm tədqiqatçı vəzifələrini yerinə yetirmək nəhayət, bu cildlərin bir çoxunu aliməverilən təqaüdündən qənaət etdiyi vəsaitlə nəşr etdirmək”, sözün həqiqi mənasında böyük hərflə yazılacaq VƏTƏNDAŞIN işi ola bilərdi. Bu cildlərin hər birinin təxminən 40 çap vərəqi həcmində olduğunu nəzərə alsaq Ş.Hüseynov təkcə M.Ə.Rəsulzadənin 200 çap vərəqi həcmində əsərinə tədqiqatçı əməyi sərf etmişdir. İndi onun özünün son 30 ildəki yaradıcılığını tərtibatçılıq işini həcm etibarı ilə bir yerə toplasaq 500 çap vərəqi kimi möhtəşəm bir rəqəm alınacaq. Belə bir işi yerinə yetirmək üçün yəqin ki, bütöv bir elmi-tədqiqat institutunun əməyi lazım gələrdi. Professor Ş. Hüseynov bu işi təkbaşına (bəzi texniki məsələlərdə göstərilən köməyi nəzərə almasaq) aparmışdır.

Ən maraqlı faktlardan biri budur ki, Ş.Hüseynov M.Ə.Rəsulzadə əsərlərinin III cildini 2013- ildəözünün 87 yaşında, IV cildini 2014- ildə- özünün 88 yaşında nəhayət V cildini 2015-ci ildəözünün 89 yaşında ərsəyə gətirib çap etdirmişdir. Mən bu yaş məsələsini qəsdən qabardıram diqqəti bu ilin sonunda 90 yaşı tamam olacaq tədqiqatçıya Allahın verdiyi vətəndaşlıq gücünə yönəltmək istəyirəm.

Budur, indi M.Ə. Rəsulzadə əsərlərinin V cildi əlimizdədir. İftixar duyduğum bir ondandır ki, deyəsən müəllimim doğma fakültəsində kitabın isti nüsxəsini ilk olaraq mənə verdi. Hər şeydən əvvəl bu möhtəşəm cildin- nəşriyyatçılar demiş- buraxılış məlumatlarına baxıram. Cildin transliterasiya redaktorları professor Ş.Vəliyev, Şirməmməd müəllimin seçib fakültədə elmi işçi kimi saxladığı Samir Xalıdoğludur. Texniki redaktorları fəlsəfə doktoru Aygün Əzimova yenə Samir Xalıdoğludur. Kitab Qanun nəşriyyatının hesabına nəşr olunub. Kitabı araşdırıb toplayan, ərəb qrafikalı Azərbaycan əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevirən, müasir oxucuya tanış olmayan söz ifadələrin lüğətini hazırlayan Ş. Hüseynovdur. M.Ə.Rəsulzadənin V cildində onun Zaqafqaziya Seyminin iclaslarındakı çıxışları, İstanbul həyatının bəzi ədəbi nümunələri, “Azərbaycan”, “İstiqlal”, “Naş put s. qəzetlərdəki yazıları əksini tapıb. Ş.Hüseynov bu əsərlərin təqdim olunması prinsipində müasirliyi əsas metod kimi qəbul edib. Bu əsərlərin hər biri indiki nəslə vətən, millət, yurd sevgisi aşılamaqla, dövlət dövlətçilik, demokratik idarəetmə prinsiplərini təlqin edir. Qəribə orasıdır ki, bu məqamlarda M.Ə.Rəsulzadə idealları tədqiqatçının idealları ilə üst-üstə düşür.

Professor Ş.Hüseynov bütün cildlərdə olduğu kimi V cildə mükəmməl bir ön söz yazıb. Dörd səhifəlik bu ön sözdə bir tərəfdən M.Ə.Rəsulzadə şəxsiyyəti onun publisistik irsinin qiyməti, digər tərəfdən kitabın ümumi məzmunu barədə yığcam məlumat verilib. Mənə elə gəlir ki, M.Ə.Rəsulzadənin bu cilddə toplanan əsərlərinin ən maraqlı müasirlik tutumunu Şirməmməd müəllim özü daha yaxşı verib:

Məlumdur ki, 23 ay fəaliyyət göstərmiş Azərbaycanın müstəqil dövlət hakimiyyətinin fəaliyyəti çox kəskin daxili xarici şəraitdə cərəyan edirdi. Müstəqillik düşmənləri həddindən artıq çox idi. Müstəqilliyin ilk 6 ayında Azərbaycan hökuməti Qafqaz İslam Ordusunun varlığı şəraitində fəaliyyət göstərirdi. 1918-ci il noyabrın birinci yarısında Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdikdən sonra, noyabrın ikinci yarısında mütəffiq qoşunları Vətənimizə gəldi 1919-cu ilin avqustunadək burada qaldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayın yalnız 8-ni xarici hərbi qüvvələrsiz fəaliyyət göstərmişdir. Bir cür mürəkkəb şəraitdə dövlətin müstəqilliyini qorumaq, onun 1920-ci ilin yanvarında Paris sülh konfransında mütəffiq dövlətlər tərəfindən tanınmasına nail olmaq M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan istiqlalçılarının qədər savadlı, dərin təfəkkürlü, vətənə sədaqətli fəaliyyət göstərmələrinin nümunəsidir”.

Ön sözdə daha sonra oxuyuruq: “M.Ə.Rəsulzadə 71 il ömür sürmüşdür. Onun yalnız 32 ilini bilavasitə vətənində yaşamışdır. Bu müddətdə onun göstərdiyi nəhəng fəaliyyət Azərbaycan tarixinin qızıl səhifələrini təşkil edir. Bu dövr haqqında çox yazılıb, xeyli dissertasiya işləri müdafiə edilib. Əlbəttə, sovet dövründə yazılanların hamısı məlum ideoloji siyasi amillər səbəbilə düşmənçilik, saxtakarlıq, böhtan iftira ilə müşaiyət olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Rəsulzadə irsinə münasibət tam olmasa da dəyişib. Məqsədim M.Ə.Rəsulzadənin vətənindəki fəaliyyətini, xüsusilə onun dövri mətbuatda dərc edilmiş məqalələrini, imzası ilə dərc olunmuş sənədləri toplamaq nəşr etdirməkdir. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrünü əhatə edən əsərlərinin əlavə 2 cildini hazırlayıram. 6- cild onun parlamentdəki çıxışları, 7-ci cild isə ədəbi-bədii tərcümə əsərlərindən ibarət olacaqdır”.

Bu son sətirlərdəki öhdəlik M.Ə.Rəsulzadə yaradıcılığı ətrafında professor Ş.Hüseynovun böyük arzusunun ifadəsidir. Bu arzusunu gerçəkləşdirməsi üçün Tanrıdan müəllimimə məhsuldar yaradıcılıq ömrü diləyirəm.  

 





09.06.2014    çap et  çap et