525.Az

ABŞ-la İran “altılıq”ın görüşünə hazırlaşır


 

ABŞ-la İran “altılıq”ın görüşünə hazırlaşır<b style="color:red"></b> İyunun 9-da ABŞ-la İran təmsilçiləri arasında görüş keçirilib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu tədbir tərəflərin mövqeyini yaxınlaşdırmağa cəhd məqsədi ilə məsləhət xarakterli olub.
 
İran nümayəndə heyətinin başçısı Abbas Araqçi görüşün nəticələri ilə bağlı uyğun bəyanatla çıxış edib.
 
“Yaxşı, pozitv ovqat var idi. Bununla belə bizi qarşıda uzun yol gözləyir. Biz mövqelərimizi yaxınlaşdırmağa cəhd göstəririk, ancaq maddələrini hələlik deyə bilmərəm” -deyə, o, vurğulayıb.
 
Araqçi xatırladıb ki, danışıqlar 5 saat sürüb: “Bu danışıq deyildi. Gələn həftə “altılıq”la keçiriləcək görüşdən öncə özünəməxsus söhbətləşmə, məsləhətləşmə idi”.
 
 





10.06.2014    çap et  çap et