525.Az

London taksilərinin istehsalçısı müflisləşdi


 

London taksilərinin istehsalçısı müflisləşdi<b style="color:red"></b>

İngiltərənin məşhur london taksiləri, Bakıda da populyar olan keblərin istehsalçısı “Manganese Bronze” müflisləşdiyini elan edib.

ANS PRESS-in "Praym”a istinadən verdiyi məlumata görə, şirkətin iflası maliyyə məsələləri ilə əlaqələndirilir.

 Şirkətin müflis olması haqda xəbərlər səhmdarlar və sərmayədarlar arasında davam edən bir neçə günlük gərgin danışıqlardan sonra açıqlanıb. “Manganese Bronze” ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, lakin heç bir təklifin qəbul edə bilməyəcəyini deyib.

 “Direktorlar Şurası bu qrupunun artıq fəaliyyət göstərə bilməyəcəyini elan edib və bunun üçün müvəqqəti administrasiya təyin edilib”,- deyə məlumatda bildirilir.

 “Manganese Bronze”un əsası XIX əsrdə qoyulub. Şirkət qara keblərin istehsalında monopoliyaya sahibdir. Son illər şirkət satışla əlaqədar itkilər verir, keçən il isə ixtisarlar 10% təşkil edib.


 

 





24.10.2012    çap et  çap et