525.Az

“Həkimlər ağrını bölüşməzlər” - “Qərib söhbət”


 

“Həkimlər ağrını bölüşməzlər” <b style="color:red"> - “Qərib söhbət”</b>

TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI OFTALMOLOQ FAİQ ORUCOĞLU:
 
BİR MƏSƏLƏDƏ İSRAR EDƏNDƏ, YAXUD DA TƏRİFƏ UYANDA ANLAYIRAM , AZƏRBAYCANLIYAM

  

İnsan sevdiklərindən, böyüyüb boya-başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda ya çox uzaqdasan. Bu layihə biz Qəriblərin layihəsi olacaq. Danışanlar da, danışdıran mən - İlhamə Qasımlı da Qəriblərik.

Qərib söhbətlərimiz müxtəlif coğrafiyaları əhatə edəcək. Amerikadan da, Avropadan da - bir sözlə, hər yerdən olacaq müsahiblərimiz. Bunun üçün mütləq oraya getməyə gərək yoxdur - müasir informasiya texnologiyalarının imkanı ilə dünyanın hər yeri ilə istər səsli-görüntülü, istərsə çat vasitəsilə müsahibələrimizi alacağıq.

Qəriblik
yalnız nostalji hissləri ifadə eləmir, həm fərqli mədəniyyətləri, adət-ənənələri, mətbəxləri daha nələri görmək, müqayisə etmək üçün bir fürsətdir.

Qərib söhbətimizi bu dəfə 18 il əvvəl vətəni Azərbaycanı tələbə kimi tərk edib Türkiyəyə gələn, indi isə ikinci vətəni olan Türkiyənin sayılıb-seçilən göz həkimlərindən biri Faiq Orucoğlu ilə edirik.

Türkiyənin ən nüfuzluBirincigöz xəstəxanasının refraktif kornea departamentinin direktoru olan Faiq Orucoğlu Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin İdarə Heyətinin üzvü həmin qurumun gənc oftalmoloqların fəaliyyətini koordinasiya edən qanadının rəhbəridir. Bundan başqa, Avropa Cornea Konfransının Türkiyə təmsilçisi, 30-dan artıq elmi məqalənin 140-dan artıq abstraktın müəllifidir.

 
İlhamə QASIMLI

 

- Faiq bəy, Azərbaycandakı həyatınız maraqlıdır. Xahiş edirəm, bu barədə danışardınız.

- 1976- ildə Bakıda anadan olmuşam. Hələ ibtidai məktəb yaşlarımda ailəm həkim olmağımı istəyirdi. Həmişə mənəyaxşı oxu, cərrah oldeyirdilər. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, bu cür arzular onların da bir çoxunun həyatında səslənib.

Məndən 7 yaş böyük qardaşımın stomatologiya fakültəsinə qəbul olunması məslək seçimimə təkan oldu. Ailədə atam neft-qaz mühəndisi idi, anam isə uşaq bağçasında çalışırdı. Səksəninci illərin sonuna doğru Sovetler birliyi çalxalanmağa başladı. O zamanlar diqqətimiz dərslərdən daha çox, siyasi hadisələrdə idi. Qarabağ hadisələri başlamışdı. 1989-cu ildə atamı itirdim. Qardaşım hərbi xidmətə çağırıldı. Ailədə mən, anam bacım qaldıq. O zamanlar universitet idealları üzərində düşünmürdüm. Milli məsələlər məni daha çox düşündürürdü.

- Belə bir düşüncələrə sahib gənc necə oldu ki, Türkiyəyə gəldi?

-  Türkiyəyə gəlməyim bir az təsadüfi oldu. Sərhədlər yeni-yeni açılmağa başlamışdı. Türkiyəyə maraq çox böyük idi. O vaxtlar Türkiyəyə getməyi orada tibb təhsili almağı qarşıma məqsəd qoymuşdum. O zamanlar Türkiyədən Azərbaycana müəllimlər gəlməyə başlamışdı. Əmimdən öyrəndim ki, o müəllimlər Ziya adlı ingilis dili kursları açıblar. Mən maraqlandım. Sənədlərimi verdim qəbul olundum. Kursu uğurla başa vurub Türkiyəyə gəldim.

- Bəs, hansı məqam sizi Türkiyəyə ömürlük bağladı? Azərbaycan səhiyyəsindəki sistemi bəyənmədiniz?

- Tibbi Türkiyədə oxumağımın səbəbi bu ölkəyə olan marağım universitetlərdəki şəffaflıq oldu. Türkiyədə tibbi təhsil almaq uzun illər tələb edir. Əvvəlcə 7 il Erciyez Universiteti tibb fakültəsində təhsilimi tamamladım. Təhsili başa vurduqdan sonra ixtisas imtahanı verərək Mərmərə universiteti Göz Xəstəlikləri kafedrasında çalışdım. Bundan sonra ixtisasımı artırmaq üçün İsrailə getdim. Orada da üç il Kornea ve Refraktif (Lazer) Cərrahiyyəsi ixtisasına yiyələndim.Türkiyəyə döndükdən sonra məni işə dəvət edən bir özəl klinikada işə başladım.

Əlbəttə, Azərbaycandakı ailəm üçün darıxırdım. Ancaq məsafənin yaxın olması məni rahatladırdı. Azərbaycana mütəmadi səfərlərimdə oradakı tibb ocaqları ilə əməkdaşlıq etmək istəsəm , ilk vaxtlarda bu, mümkün olmadı. İsraildən dönəndən sonra Türkiyədə müasir tibbi texnologiyalara sahib hazır işim, şəraitim, səlahiyyətlərim əlbəttə ki, yaxşı maaşım vardı. Azərbaycanda bunların hamısına sahib ola bilməyəcəyimi bilirdim.

- Türkiyə Azərbaycan səhiyyəsindəki əsas fərq nədir?

- Ən əsas fərq təhsildədir. Mən fərdlərdən danışmıram. Türkiyədə ixtisaslı həkim olmaq üçün uzun müddət lazımdır: tibbi təhsili başa vurduqdan sonra ixtisas imtahanına girməlisən. Mən bu imtahana girdiyim illərdə 30 min həkimdən sadəcə 2 mini bu imtahanları keçə bilirdi. O imtahanları keçdikdən sonra da əlavə olaraq 5-7 il təcrübə keçməlisən ki, sərbəst həkim kimi işləyə biləsən. Bundan başqa, məcburi xidmət hərbdə həkim işləmək var. Üst ixtisasa sahib olmaq istəyirsənsə, bu müddət illərlə sürə bilər. Amma qədər uzun proses olsa da, bu yollardan keçən həkim daha savadlı olur.

İkinci əsas fərq Azərbaycanda olmayan tibbi sığorta sistemidir. Bunun sayəsində vətəndaşlar yüksək tibbi xidmət alma şanslarına sahibdirlər.

- Mən Türkiyə səhiyyəsinin pasiyenti olandan sonra bəzən öz həkimlərimiz üçün darıxıram. Hülya Avşar bir köşə yazısında Türkiyə həkimlərinin pasiyentlərə qarşı çox soyuq rəftarınıüzlərində sıfır ifadə vardeyə təsvir etmişdi. Xüsusilə dövlət xəstəxanalarında çox sıxıcı münasibət olur. Sizcə, bu niyə belədir?

- Öz həkimləriniz üçün darıxmaq o həkimlər üçün qürurvericidir. Mən Hülya Avşarla xəstəxanada qarşılaşmışam onun öz üzündə həmin sıfır ifadəni gömüşdüm. Ancaq bunun səbəbləri vardı. İnsanın ya yaxınının bir problemi olduğunda bütün diqqəti orda olur. Həkimlər ağrını bölüşməzlər. Bəlkə buna görə ifadəsizləşiblər. Ancaq yenə dediyinizdə həqiqət var - Türkiyədə dövlət xəstəxanaları çox sıx işləyir.  Həkim çox qısa vaxt ərzində xəta etmədən xəstəni sağaltmalıdır. Həkimlik - çətin peşədir. Təsəvvür edin ki,  ixtisasa yeni başlayan cərrahlar günaşırı növbəylə işə başlayır, növbə sonrası isə dincəlməyə getmədən işini davam etdirir. Bu isə fasiləsiz 34 saat işləmək deməkdir.



-
Türk səhiyyə sistemində bir maraqlı fərq var - həkim sahib olduğu ixtisasın hər bir bölümündə çalışır. Məsələn, endokrinoloq həm ultrasəsə, həm cərrahiyyə, həm müayinə işinə cəlb edilir.

- Bir cərrah, əlbəttə, işindəki bütün alətləri ultrasəsi, rentgeni, əməliyyatı müayinəni bilməlidir. Ancaq yüksək səviyyəli ixtisaslaşmalarda daha çox bir yöndə inkişaf gedir.

- Sizin tərcümeyi halınızda bir məqam diqqətimi çəkdi. Türkdilli ölkələrin oftalmoloqlar dərnəyi idarə heyətinin üzvü Türkdilli ölkələrin gənc oftalmoloqlar dərnəyinin başqanısınız. Böyük bir coğrafiyada yüksək etimad sahibisiniz.

- Çox təşəkkür edirəm. Türk Cumhuriyyətləri gənc oftalmoloqlar birliyi Türk cumhuriyyətləri oftalmoloqları dərnəyinə (TCOD) bağlıdır 40 yaşa qədər oftalmoloqları birləşdirir. Təşkilatımız gənc oftalmoloqları birləşdirir. Burada təhsil ilk sırada gəlir. Gənç oftalmoloqların təhsilində, konqreslərdə iştirakına, bir araya gəlmələrinə, problemlərinin həllinə cəhd göstərir. Sağlamlığımızın keşiyində duran duracaq gənc həkimlərimiz üçün bu qurum çox əhəmiyyətlidir. Ümid edirəm ki, bu quruma digər türk cümhuriyyətlərinin dövlət təşkilatları da arxa duracaq.

- Diaspor fəaliyyəti göstərirsinizmi?

- Universitet illərində aktiv diaspor fəaliyyətim vardı. İndi isə diaspor fəaliyyətimi daha çox peşəmlə bağlı göstərirəm. İdarə heyətində olduğum TCOD qurumunda Türkiyədən sonra ən aktiv ölkə Azərbaycandır.

Türkiyədə çox sayda ziyalımız, adamları kimi hörmətli insanlarımız olsa da, təəssüf ki, onları bir arada birləşdirəcək diapor təşkilatımız yoxdur. Ümid edirəm ki, kimsə belə bir addımı mütləq atacaq.

- Yaşadığım Ankarada Azərbaycandan gələn doktorlar, əsasən, asistent ya təcrübəçi kimi çalışırlar. Sizin həkimlik dərəcəniz isə operator doktordur. Bu statusun mənası nədir?

- Operator doktor ixtisaslı cərrah deməkdir. Bunu əldə etməkçün yalnız Tibb Universitetini bitirmək kifayət etmir. Əlavə olaraq çox çətin imtahan keçməlisən o statusa sahib olmaq üçün əlavə olaraq ən azı 4-5 il təcrübə keçməlisən. Təsəvvür edin ki, mən vaxt itirmədən, hətta vaxtından əvvəl ixtisasımı tamamlasam da, indiki Kornea refraktif (lazer) cərrahı statusuma çatmaq 14 ilimi aldı. 14 ilə universitet, ixtisas üst ixtisas daxildir. Bunu bacaran həkimlərimiz var. Ancaq bəzən Azərbaycandan gələn bəzi həkimlər imtahansız qısa müddətə göz cərrahlığını öyrənməkçün müraciət edirlər. Qısa müddətdə isə ixtisas almaq olmaz.

- Azərbaycandakı uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Uşaqlığımın daha sosial istiqamətləndirici olduğunu xatırlayıram. Bir-birimizlə daha çox oyun qurardıq. Məktəbdən sonra klublara gedər, fərqli hobbilərimiz olardı. Şahmat, şeir hekayələr, çalğı alətləri həyatımızın bir parçası idi. Xəbər etməyə ehtiyac duymadan qonaq gedilməsi, ya da qonaq gəlinməsi - bütün bunlar məni xoşbəxt edirdi. Uşaqlıq illərim gözəl xatirələrlə doludur.

-  Azərbaycan Türkiyədə gündəlik həyat, yaşam, insanlar mentalitet baxımından fərqlər oxşarlıqlar nədir sizcə?

 - Türkiyə böyük ölkədir etnik xüsusiyyətlər baxımından çox zəngindir. Çoxundan soruşsanız babalarının ya orta Asiyadan, ya Qafqazdan, ya da Balkanlardan gəldiyini deyər. Türkiyənin qərbi ilə şərqi çox fərqlidir. Türkiyənin şərqində Azərbaycanla oxşarlıqlar olduqca çoxdur. Xüsusilə oxşar sözlər adətlər çoxdur. Ancaq arada kapitalizm sosializmin gətirdiyi fərqli həyat tərzləri var.

Azərbaycanı Türkiyənin şərqi ilə , qərbi ilə müqayisə etmək fərqlidir. Yenə yaşadığım mühitlərə görə müqayisə edəcəyəm. Azərbaycanda Şərq ünsürləri daha çoxdur. Türkiyədə isə Avropanın təsiri daha çox hiss edilir. Böyüklərə sayğı qaydalara uymağı sevməmək isə oxşar xüsusiyyətlərdir.

- Azərbaycanda həkimlərin xəstələrin əlinə baxması sirr deyil. Burda həkimlərin qazancı qədərdir? Məsələn, sizin statusda olan həkim qədər maaş ala bilir?

-  Burada dövlət xəstəxanalarında çalışan həkimlər maaş dönər sərmayədeyilən əlavə aylıq alırlar. “Dönər sərmayəxəstəxananın hər baxılan xəstə üçün sığortadan əldə etdiyi gəliridir. Bu pullar toplanır hər ay həkimlər arasında bölüşdürülür. Nəticədə dövlət xəstəxanasında işləyən həkim 6-9 min lirə maaş alır. Özəl xəstəxanalarda isə maaş aylıq mükafatlar verilir. Göz həkiminin orta gəliri 8-12 min lirədir. Bu miqdar statusa görə arta bilər.

- Bir az da ailənizdən danışardınız.

- 2003- ildə Mersin şəhərində anadan olmuş Aslıhan xanımla evlənmişəm. Aslıhan yapon dili mütəxəssisidir. Onunla Azərbaycanla bağlı keçirilən tədbirlərdən birində tanış olmuşduq. Hazırda bir fransız şirkətində çalışır.

Ataxan adlı 5 yaşlı oğlumuz var. Ataxan bu il bir kollecin hazırlıq sinfinə başlayıb.

- 20 ildir Azərbaycandan kənarda yaşayırsınız. Xanımınız türk. Yəqin artıq yeməklərimizi unutmusunuz.

- Yox, unutmamışam. Əslən Borçalıdan olan anam xəmir yeməklərini bişirməkdə ustadır. Xüsusilə xəngəli. Qutabı da gözəl hazırlayır. Onunla hər görüşümdə mütləq bişirir. Ancaq mənə desəniz ki, bir Azərbaycan yeməyi hazırla - bunu bacarmaram. Mətbəxə heç marağım yoxdur.

- Uzun illərdir, Türkiyədəsiniz. Təbii ki, adaptə olmusunuz. Bəs, hansı məqamda hiss edirsiniz ki, azərbaycanlısınız?

- Əslində, Azərbaycandan daha çox xaricdə yaşamışam. Bunun 17 ilə yaxınını Türkiyədə, üç ilini isə İsraildə keçirmişəm. Türkiyəyə demək olar ki, adaptə olmuşam. Xüsusən İstanbula. Bir məsələdə israr edəndə, yaxud da tərifə uyanda anlayıram ki, azərbaycanlıyam.

- Hər qədər bir millət olsaq da, hansısa məqamda insan Vətən həsrəti çəkir. Siz hansı anlarda bu həsrəti yaşayırsınız?

-  Klassik Azərbaycan mahnılarını, xüsusilə Rəşid Behbudov, Akif İslamzadə kimi ölməz sənətkarlarımızı dinləyəndə Azərbaycan üçün darıxıram.

 





25.10.2012    çap et  çap et