525.Az

Şair süfrəsi- “Duyğular” silsiləsindən


 

Şair süfrəsi- <b style="color:red">“Duyğular” silsiləsindən</b>

Gərək ki, 1965 ya 66- il idi. Nəsir müəllimin mühazirəsi redaktoru olduğuBakıaxşam qəzetində dərc olunan yazıların bel sütunu sayılan xəbər janrının özəllikləri barədə olacaqdı. Elə təzəcə danışmağa başlamışdı ki,  auditoriyamızın...

Yox mirzə, sən gəl yazını bu yerdən başlama. Bunu bir az sonraya saxla. Keç əsas mətləbə.

Deməli...

İlk dəfə Şəki pitisini mən xalqımızın böyük şairi Bəxtiyar Vahabzadəgildə, onunla birlikdə yemişəm. bunun çox sadə, sadədən sadə, amma heç zaman unutmayacağım bir tarixçəsi var.  1965-ci il (bəlkə 66), mənim 20 yaşım. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi İntiqam Mehdiyev (o zaman belə yazılırdı soyadım, indi Mehdizadəyəm) hara, Xalq şairi Bəxtiyar Vahabzadə harasoruşa bilərsiz. Ordaburda, dərnəklərdə, universitetin divar qəzetlərində, aradabir xırda yazılarla mətbuat səhifələrində çıxış edərdik. Filologiya, tarix, jurnalistika fakültələrindən bir dəstə uşaq idik. Təzə-təzə dikkildəməyə başlamışdıq. Artıq Ramiz Rövşənin (o zaman Müskanlıydı ləqəbi), Sabir Rüstəmxanlının, Səyavuş Sərxanlının, Seyran Səxavətin, Eldar Baxışın səsləri, ünləri eşidilməyə başlamışdı. Amma üçünsə məni...

Yox, qoy lap əvvəldən başlayım. Deməli Nəsir İmanquliyevin dərsi. Mühazirənin şirin yerində auditoriyanın qapısı döyüldü, filfakın dekan müavini içəri girdi. Nəsir müəllimdən xahiş elədi ki, qrupun qələmi olan uşaqlarından birinə icazə versin, bəs Bəxtiyar müəllimin yazı işi var, ona kömək lazımdır, Hüsü Hacıyev küçəsindəki evindədir, özü xəstə. “SinifkomumuzƏkrəm Zeynalov Bəxtiyar müəllimin şeirlərinin əksərini əzbər bildiyimə görə  tez məni nişan verdi. O vaxtacan  Nəsir müəllim redaktoru olduğuBakıqəzetində bir neçə yazımı buraxmışdı. Dekan müavinindən dəqiq ünvanı öyrənib içimdəki min bir fərəh, sevinc, təlatümlə oraya yollandım. Zarafat deyil çoxlarının üzünü görmək, onunla kəlmə kəsməkdən yana uçunduqları bir sənətkarla canlı ünsiyyətdə olmaq fürsəti qismətim olmuşdu. Bu da H.Hacıyev küçəsindəki məşhur yazıçılar evi. Pillələri qalxa-qalxa qapıların üstündəki adlara baxıram: Salam Qədirzadə, İlyas Əfəndiyev, Mirmehdi Seyidzadə, İsmayıl Şıxlı... Qapını oğlu açır. 10-12 yaşlı oğlandı. Bilmirəm Azərdi, ya İsfəndiyar. İş otağına ötürür. Qənşərində jurnal masası, əynində pijama, kresloya söykənib. Rəngi solğundur. Xəstəliyi hiss olunur. Yüngülcə yerindən tərpənib mənimlə əl-ələ salamlaşır. Lap Əli KəriminPillələlərromanındakı Qaraqaşlı kimi mənə oturmağı təklif eləmir ki, sərbəst olum, evin ona məxsusluğundan sıxılmayım, ürəyim istəyən vaxt yer tapıb əyləşim. Ay oğul, deyir, bilirsən səni niyə çağırmışam, mən Səməd Vurğunla bağlı doktorluq dissertasiyası yazıram. Axır vaxtlar nəsə əlim sözümə baxmır. Ağrımır  e, elə bil ürəyimdən keçənlərlə onun arasında nəsə bir anlaşılmazlıq var. İstəyirəm bu işim, təkcə elmi əsər kimi yox e, həm epiloqlu, sizin dildə desəkrazvyazkası”, “kansovkasıolan bədii əsər kimi oxunsun, özü ən çox sizin nəsildən olanların masaüstü kitabı olsun. Sənə dərs deməmişəm ki, amma yox, jurnalistikada dərslərim yoxdur. Bizim filfaktda çox yaxşı, gözüaçıq uşaqlar oxuyur. Digəl yaza bilənləri azdı. Mənə lazımdı ki, oxucunun, sənətsevərin zövqünə uyğun yazı qabiliyyəti olan bir yazar, özü heç şübhəsiz cavan, bugünün, sabahın gözəl qələm ustası olan birisi məni anlasın, dediklərimi fikrimə, düşüncəmə dəyib-dolaşmadan yazıya köçürsün. Çoxdandı bu işin üstündə əlləşirəm. Bütün faktlar, elmi çıxarışlar, nəticələr dilimin ucundadı. Stenoqrafçı yox e, canlı, öz düşüncəsi fərdi üslubu olan bir gənc istəyirəm ki, dediklərimi  əlbəttə mənim üslubumu saxlamaqlaqələmə ala bilsin. İndi ay oğul, səni nişan veriblər mənə. Şeirlərimi oxuyubsanmı? Dedim icazə versəz birisini söyləyərəm. mən çox sevdiyimQocalıqşeirini bədahətən söylədim:

Ömrün payız fəsli sıxdı əlimi
Yoxsa qocalıram mən yavaş-yavaş
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən
yavaş-yavaş...  s 

Şeiri əvvəldən axıracan elə ürəkdən, elə şövqlə oxudum ki, şairin gözləri doldu. mən ömrün sonrakı illərindəki görüşlərimizdə Bəxtiyar müəllimin təkcə öz şeirlərini deyil, ümumiyyətlə təsirli söhbətləri, istedadlı ifaları, tükürpədici həyat səhnələrini seyr edərkən necə ürəkdən hönkürüb ağladığının şahidi oldum...

, deyəsən işlərimiz yağ kimi gedəcək. Başlayaqmı ay oğul? Mən hazıram, ustad, dedim. ... tələbə diliylə desək az, çox, təxminən 2 qoşa saat o dedi mən yazdım. Açığı, o da, mən elə cuşa gəlmişdik ki, onun söylədiklərinin üzərinə demək olar ki, çox cüzü əlavələr, düzəlişlər eləməklə yalan olmasın 40-50 vərəqin arxasın yerə qoyduq. Birdən qayıtdı ki, ay oğul, səndə heç insaf, mürvət deyilən şey yoxdur, bəs demirsənmi Bəxtiyar müəllimin birdən aclığı olar? Bunun da dalısınca səsini qaldırdı: ay İsi, ay Azər, hardasız, acından qırıldıq. Az sonra, yenə bilmirəm oğlanlarının hansıydı, əlindəki sinidə iki saxsı qabda buğlanan piti qablarıyla içəri girdi. Yanının bütün dəm-dəsgahıyla. İndi qalırdı içki məsələsi. Dedi, bilirəm, indiki cavanlar yeri gələndə vururlar bala-bala. Yaxşı konyakım var, ata-baba əlli-əlli vuracağıq. Süzdü, şənimə bir-iki gözəl söz dedi (çünki bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşmüşdü), toqquşdurduq. Qədəhini dodağına apardı, ancaq içmədi. Bəlkə xəstə olduğuna görəydi. Amma mən özümvari, yığcam bir sağlıq deyib qədəhi yuxarı qaldırdım ehmalca masanın üstünə qoydum.  Niyə içmədin ay oğul, istəyirsən araq gətirsinlər. Yoxsa heç içən deyilsən? Dedim hərdən içirəm, Bəxtiyar müəllim, amma sizin hüzurunuzda içsəm, bunu ömür boyu özümə bağışlamaram. Halal olsun, dedi, di onda başla yeməyə, gör şəkili pitisi necə olur. Mən başladım pitini özümüzhəngi,  yəni şirvanlılar kimi yeməyə. Yəni əvvəl çörəyi kasaya doğradım, qasığı piti qabının ağzına tutub ətirli-zəfəranlı suyu kasaya əndərib başladım ləzzətlə yeməyə. Sonra da saxsı qabdakı əti kasaya töküb qaşıqla əzmək istəyəndə Bəxtiyar müəllim qayıtdı ki, bura qədər yaxşı gəlmişdin, burda korladın. Şəki pitisinin orijinallığı həm onun çomağındadı. Doğrudan da bayaqdan sinidə yan-yana qoyulmuş, çoban dəyənəyinə oxşar, ancaq balaca, başı yumru iki çomaq diqqətimi çəksə bir şey mənsiməmişdim. Bəxtiyar müəllim əti saxsı bardaqdan kasaya tökəndən sonra, ora xırda tikələrnən bir az çörək doğradı, sonra mənim kasama çörək əlavə edib başladı əvvəlcə mənim, sonra da öz qabının içərisindəki təamı çomaqla əzib qarışdırmağa. Bu, sonralar da rast gəldiyim piti dəsgahlarının ən baxımlısı,  ən dadlısı, ən yadda qalanı idi ki, mən onu dünyaca məşhur şairimizin mənzilində nuş elədim.

Az sonra Bəxtiyar müəllim doktorluq dissertasiyasını böyük uğurla müdafiə elədi, professor oldu. illər keçəndən sonra həmin dissertasiyanın çap olunub işıq üzü görən nüsxəsini oxuyarkən tələbə sözüylə desək, 2 qoşa saatın ərzində Bəxtiyar müəllimin diqtəsi mənimmirzəliyim işıq üzü görmüş sətirləri oxuyarkən  o günü, şairlə o ilk şəxsi tanışlığımı, üzümə qapı açan oğlanı, bizə sinidə çomaqlı Şəki pitisi gətirən o kürən yeniyetməni xatırladım təbii ki, o qeyri-adi, ətirli, zəfəranlı pitinin məhrəm tamını damağımda hiss elədim.

P.S. Bu da yaradıcılığımda (böyük çıxmasın) daha bir yazı. Tamamladım, necə deyərlər ürəyimi boşaltdım. Qalır təkcə altından tarixini yazmaq. Amma yo-o-x,  əlim gəlmir. Bilirsiz niyə, fikirləşirəm oxucum qınayar məni, deyər o boyda şair yazı müəllifinin yaddaşında gör nəylə qalıbpitiylə. Yox, bəy əfəndim. Duyğularımda daim yeri olan, diri olan, heç zaman ölmüş zənn etmədiyim o gözəl, vətənpərvər şairlə qısa, ani olsa həyatda daha bir neçə görüşlərim olub (sənətim belədir) o görüşlərdən xatirimdə qalan məqamları yeri gəldikcə oxucularla bölüşməyi Bəxtiyar müəllimin ölməz ruhu qarşısında özümə borc bilirəm. Görək ...

26 aprel 2014.

 





16.06.2014    çap et  çap et