525.Az

Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış”ındakı qadın dünyası


 

Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış”ındakı qadın dünyası<b style="color:red"></b>

Nəcibə İLKİN

 

Yazıçı dramaturq Elçin Hüseynbəylinin bir çox əsərlərini oxumuşam, dəfələrlə onlar haqqında fikir yürütmək istəsəm , yan keçmişəm. Yəqin ki, yazıçı mənim bu fikrimdən inciməz. Ümumiyyətlə, Şərq qadınlarının psixologiyasına, əxlaq prinsiplərinə uyğun olmayan, açıq-intim münasibətlərini çılpaqcasına özündə əks etdirən əsərlər mənim nəzərimdə o qədər önəm daşımır, yaxud sevilmir. Lakin bu əsərdə toxunulan elə məqamlar var ki, onlar nəinki dünənimizin, bu günümüzün, hətta gələcəyimizin ən böyük faciəsinə aparan yoldu, desəm, yanılmaram.

Əsərdəki əslində Şərq qadını olan, lakin qərb psixologiyasına, qərb adət-ənənələrinə üstünlük verən Züleyxa hər gün rastlaşdığımız cəmiyyətimizi Avropa əxlaqına sürükləyən minlərdən biridir. Bir müdrikin dediyi kimi -”gözəl qadın gözə xoş görünə bilər, xeyirxah qadın qəlbə. Biri gözəl əyləncədir, biri gözəl xəzinə”. Əfsuslar olsun ki, yazıçınınqadını”, əsərin qəhrəmanı Züleyxa gözəl olduğu qədər , gözəl əyləncə olaraq, əks cinsin nümayəndələri üçün ləziz xörəyə çevrilir. Bu isə Şərq qadınlarının milli mənəvi əxlaqi dəyərlərinə zidd xarakterik xüsusiyyətlə birgə, ümumiyyətlə qadın adına əbədi qara ləkədən başqa bir şey deyil. Doğrudur, belə qadınlar kişilərin, yaxud yazıçının nəzərində cəlbedici sirlidir. Bu da əbəs deyil. Hələ yeniyetmə bir gəncin nəzərini gözəlliyi çılpaq bədəni ilə cəlb edərək onu ovsunlayan, gəncin bakirə hisslərini öz gözəlliyi ilə xumarlayan Züleyxa onun üçün əlçatmaz olduğu qədər sirli müəmmalı ola bilər. Züleyxanın güclü ehtirası, onun gənclik hissləri ilə qoşalaşaraq xəyallarında silinməz iz buraxır. Gənc oğlanı çulğayan bu ehtiraslı hisslər onu itirdiyi ana qədər narahat edir. Deməli, yaşından asılı olmağına baxmayaraq hər bir kişinin qadına yanaşma tərzindən başlayır hər şey. Qadını həmişəlik sevgisinə çevrilə bilər, əyləncəsinə . Onun əxlaqını gözəlləşdirə bilər, çirkləndirə . Yaxud əksinə...

Odur ki, unutmayaq ki, hər qadının buraxdığı səhvdə bir kişi barmağı var...

Bu məqamlar bizlərin tez-tez rastlaşdığı, dəfələrlə qələmə aldığımız, lakin böyük bir əsərə gətirib çıxara bilmədiyimiz ağrılarımız, əzablarımızdı. E.Hüseynbəyli bir Şərq qadının obrazında onları cəmləşdirib, qəbul edə bilmədiklərimizi qələmə alaraq, bizdə bunlara qarşı ikrah hissi oyatmağa çalışıb elə başa düşürəm ki, bu əsər bəzilərimizə mənəviyyat dərsi ola bilər.. Həqiqətdə isə əsər cəmiyyətimizdəki çürüklüyə qarşı bir mübarizlik, bir çağırışdı ki, “Azərbaycan qadını”, “müsəlman qadınadına yaraşmayan biabırçılığa son qoymaq üçün haraya çevrilib.

Əsərdəki Züleyxa adlı azərbaycanlı qadın öz həyatını bütövlükdə yaşamaq istəyən, azadlıq, sərbəstlik, bir sözlə avropalı həyat tərzi onun fikrinə, beyninə, düşüncəsinə elə pərçim olmuşdur ki, Züleyxanı bunlardan uzaqlaşdırmaq, mənəviyyatsızlığa aludə olan həyatına təsir etmək olduqca çətindi. Bu bəlkə cəmiyyətin düçar oduğu zaman bu zamanın bizlərə bəxş etdiyi bəlalardı ki, nəinki Züleyxa, onun kimi minlərlə qadınımızın söykəndiyi dəyərlər öz qüvvəsini beləcə itirir.

Azadlıq bəşəriyyətin can atdığı ən yüksək amallardan biridir. Əgər azadlıq qadını hər cür istisnadan xilas edir, cəmiyyətdə ona əks cinslə bərabər hüquq verirsə, o zaman bu azadlıq rifah tərəqqidir. Bəzən əldə olunan azadlıq zərif cinsin nümayəndələrini ən möhtəşəm bəzəyindən, incəlik zərifliyindən azad edir, onu əks cinsin solğun oxşarına çevirirsə, onda cəmiyyət tərəqqiyə yox, uçuruma sürüklənir. Bu mənada yazıçının Züleyxa obrazındakı qadın azadlığı XX əsrin əvvəllərində qara çadraya, cəhalətə yox deyib, ilk azadlıq göyərçini, azadlıq cəhdinin qurbanı olan Səriyyə Xəlilovanın azadlığı deyil, qərb əxlaqına uyğun avropalaşmış qadın ehtirasının azadlığıdır. Səriyyə bu azadlıqda haqq-ədalət uğrunda, Züleyxa isə şəhvət hisslərinin sərbəstliyi uğrunda ayağa qalxmışdır.

J.Labrüer yazırdı: “Qadınların əksəriyyəri ağlın deyil, ürəklərin səsinə qulaq asır onların davranışı bütün hallarda sevdikləri kişilərdən asılı olur”. Züleyxa bir qadın olaraq ürəyinin səsinə qulaq asan, böyüklərinə qarşı çıxaraq öz əyləncəsini onlardan üstün tutan, dinimizə, dilimizə qarşı zinalıq edən o qadındır ki, həyatını, ömrünü sevdiyi deyil, məhz əyləndiyi kişilərdən asılı etməklə yaxınlarının, doğmalarının qəzəbinə düçar olaraq, öz bacısıoğlunun cinayətkar qurbanına çevrilir. Bu gün ən böyük faciələrimizdən biri, yaşadığımız cəmiyyətdə Züleyxa kimi yüngül həyat tərzi keçirməyə meylli qadınların çoxluq təşkil etməsi, onların əks cinslərdə qadınlara qarşı baxışların dəyişdirməsidir. O baxışlar ki, cəmiyyətdə ən fədakar, ən namuslu qadınlara belə əyridir. Əslində isə pis qadınlar kişilərin tez-tez düşüb boğulacağı bataqlıq, pis kişilər isə qadınların heç cürə nəzərindən silinməyən qara ləkəsidir.

Qəribədir əsərdə mömin, dindar bir ailədə eyni tərbiyə alan iki bacı Fatimə ilə Züleyxa bir-birinin əksidir. Fatimə Allaha ibadət edən, namaz qılan, ata-ana ehtiramını gətirən, ailə sahibi, lakin müasirlikdən, cəmiyyətdən kənar. Züleyxa isə şeytana qulluq edən, ömrünü, gözəlliyini ehtirasına qurban verən, qərb əxlaqına meylli, zinakar, lakin ürəyi, qəlbi təmiz müasir qadın. Ziddiyyətli xarakterik xüsusiyyətlər bir ailənin zərif nümayəndələrinin, biri o birinin məhvinə gətirib çıxarır. Əslində Fatimə həddindən artıq mövhumata, dinə, hicaba bağlı, Züleyxa isə müasirliyə çox can atan. Bu müasirliyin içində gerçəkliyi əks etdirən həqiqət var, mənəviyyatı kor edən əxlaqsızlıq da. Yaxud Fatimənin düşüncəsində azadlığa, müasirliyə qarşı çıxmaq da var, onu insan kimi əxlaqi dəyərlərini saxlamaqla yaşatmaq da. Bir keçmişə güclü inam bağlılıq. Züleyxanın bacısı Fatimə haqqında dedikləri fikir onun bir daha yüngülbeyin, yolunu azmış olduğunu aydın göstərir: “Bacım namaz qılırdı, gecə-gündüz ərə getmək haqqında fikirləşirdi. O, bədbəxt adam idi.” Fatimə isə “: -O, dişi canavar idi, vəhşiydi. Bir görürdün ki, evdən çıxdı gecə yarı qayıtdı”. Bu ziddiyyətli fikirlərdə hər iki doğmanın qarşıdurmasını aydın görürük. Züleyxa Fatiməni bədbəxt sayır, Fatimə Züleyxanı. Doğma bacısının ölümü üçün imanlı oğlu Məhəmmədə onun öldürülməsi əmri təzadlı bir xarakterdir. Hər halda qəbul edə bilmədikləri ilə bərabər Fatimədə bir qadın qısqanclığı da, bacısına qarşı ürəyindəki kin-küdurət aydın təzahür edir. Çünki Züleyxa onun dəlicəsinə sevdiyi Yusifi əlindən almış, bu isə onu bəlkə bizim təsəvvür edə bilmədiyimiz bir intiqam hissinə gətirib çıxarmışdır. Ancaq Fatimə özünü elə göstərir ki, guya nəslin adına gətirilən ləkə üçün bu addımı atmağı məsləhət görür. Əslində isə Fatimənin içində bacısına qarşı biganəliklə bərabər, bir paxıllıq, bir qısqanclıq var. O istəsəydi bacısına müsbət təsir edib, onu yolundan qaytara bilərdi. Bu isə xurafatçılıqdan başqa bir şey deyil.

Ümumiyyətlə, isə hər iki bacını qarşı-qarşıya qoyan yazıçının məramı onların timsalında Azərbaycanda azadlığın özbaşınalığa, müstəqilliyin harınlaşmağa doğru irəliləməsinə eyni zamanda sosial-ictimai proseslərin harmonik şəkildə əxlaqi dəyərlərin azalmasına, insanlığın cılızlaşmasına, posmoderinin fəsadlarına eyhamıdır.

Unutmayaq ki, qadınlarımız ömür boyu abır ismət rəmzi olublar. Sevgisi ilə kişilərə döyüş əmək meydanlarında dəstək olmaqla bərabər onlara güc ilham veriblər. Bu mənada Azərbaycan qadını fədakar, qəhrəman əvəzedilməz dərəcədə sevib-sevilməyə layiq olduğu qədər gözəldir. Biz qadınlarımızı belə tanımışıq, belə tanıyırıq. Züleyxa kimimüasirqadınlar Azərbaycanın qara yarası, Fatimə kimi qadınlar isə özünü düşünərək, yalançı əməlləri ilə millətin gözünə kül üfürənlərdir.

Əsl qadın kişidən dahi Hafizin tərənnüm etdiyi sevgini istəyə bilər:

Yüz il bundan sonra gəlib qəbrimin üstündən keçsən, sənin eşqinlə ayağa qalxaram mən”.

Sonda bir kəlamı da xatırlatmaq istərdim: Qadın kitaba bənzəyir, onu sevərək diqqətlə oxumaq lazımdır.

Sanıram ki, əsər gənclərimizin, o cümlədən qadınlarımızın mənəvi əxlaqı dəyərlərinin nizamlamasına tutarlı cavabdır.

 





25.10.2012    çap et  çap et