525.Az

Fəryad... Və Vicdan


 

Fəryad... Və Vicdan<b style="color:red"></b>

Noyabrın 17- görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edənFəryad vicdanessesini oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Loğman  RƏŞİDZADƏ

 

Əsərdə ən təsirli simvollardan biri alapaça madyan qundağı sədəfli qoşalülədir. Ən dramatik hadisələr məhz bu adların fonunda cərəyan edir. Qatı şovinist, qəddar, qaniçən dağbəyi Andranik Poqosyan hər bir ermənidən daha çox  ermənidir azərbaycanlılara qarşı nifrətinin həddi-hüdudu yoxdur. Başqa cür ola da bilməz. Onun ata-babası zaman-zaman azərbaycanlıların soyqırımında iştirak etmişdir. Özü isə Həsənli kəndini dağıdıb yandıran, əhalini qılıncdan keçirən vandallardandır. Belə vücuddan gözləyəsən?.. Müəllif  onu öz hərəkət davranışları, fikir düşüncələri ilə ifşa edir. Budur, Andranik Poqosyan: “Türklərin kökünü yer üzündən kəsmək lazımdır!.. Bu türkləri mənim kimi tanıyan yoxdur. Başımın tükü qədər türk qırmışam. Yenə ürəyim soyumur...” Bu əbləhə öz millətinin nümayəndələri sadə cobanlar da   nifrət edir. Akop Armenaka göz vurub Andraniki işarə verir: “Dağbəyi gəlir. Başımızın ağasına bax! Andranikdir! İt oğlu, it”- deyə nifrətini bəyan edir. Öz üzdəniraq sələfi, adını fəxrlə  daşıdığı Andranik Özanyanın mənfur əməllərinin davamçısı olan bu tipin Həsənli qətliamı zamanı qənimət kimi götürdüyü qoşalülə tüfəng alapaça madyan son anda onun qəniminə çevrilir, bu qaniçən ermənidən nakam Həsənlinin intiqamını alır.

Nəcəflə Andranikin təkbətək qarşılaşdığı, Andranikin cəhənnəmlik olduğu səhnədə yazıçı humanizmi zirvə həddindədir. Nəcəf, sədəfli tüfəngi (sonradan məlum olacaq ki, tüfəng elə onun atası Cəbrayılınmış) ələ keçirib at üstdə olan Andranikə atəş açır, lakin qırma tutmur. Şahə qalxmış at Andraniki yerə çırpır. Bir ayağı üzəngidə ilişib qalmış Andraniki alapaça sürüyüb   daşdan-daşa  vurur bu  murdar cəmdək selin ağzında lilə, çamura qarışıb yox olur. Bəli,  o, ən murdar, ən  iyrənc ermənini belə, azərbaycanlı gəncin əlilə  öldürmək istəmir, Nəcəfin  təmizliyini, ləyaqətini digər üstün məziyyətlərini sonadək qoruyub saxlayır. Ədib bu hadisəni qəzavü-qədər, taleyin  intiqamı kimi təqdim edir. Bəli,  hər kəs, son anda öz əməllərinə  məhkumdur. Tüfəngin alapaçanın   son anda əsl sahibinə qismət olmasında da müəllif bəşəri məntiq axtarır. Mikayılın dili ilə  etiraf edir: “Görünür, qoşalülə haçansa açılıb sahibinin qanını almalıymış. Nahaq qan yerdə qalmaz. Alapaça madyanla Cəbrayılın qoşalüləsinin hərlənib-fırlanıb gəlib bura çıxması o göydəki gözəgörünməzin işidir...”

Əli İldırımoğlu bədii məqsəd naminə  mürəkkəb, mistik simvollardan da kifayət qədər yararlanmışdır. Xüsusən yuxu qarabasmalardan... Nəcəfin yuxuları, üzünü görmədiyi valideynləri ilə xəyali həsb-halları, mənfur, qaniçən əcdadlarının Arsenin gözünə görünən ruhları, qarabasmaları s. Bunlar heç real, təbii yuxular deyil, daha çox ədəbi yuxulardır, məqsədə, ideyaya, yazıçı amalına xidmət edən ədəbi vasitələrdir. Bu mistikada daha çox Xeyirlə Şərin savaş ahəngi var. Arsen Nəcəfə isinişmək istəyəndə babası Manuk yuxusuna girib onu hədələyir, yaxud qaniçən Andranikin, Nijdehin, Hamazasın, Dronun ruhları qarabasma kimi onun  gözünə görünüb qana-qadaya sövq edir.

Nəcəfin yuxusu da özü kimi sadə səmimidir. Onun yuxusuna daha çox  anası girir - isti, mehriban aurasıyla. O, öz yuxusunu dostu Rövzətə nəql edir: “Arsenlə söhbət etdiyim günün gecəsi anam yuxuma girdi. Mənə dedi ki, oğul, o erməni dığasının şirin sözünə əsla aldanma. Çünki ixtiyarı özündə deyil. Ona başqa cür dil  verənlər var... Onlardan etibar gözləmək ağılsızlıqdır.”

Bəli, bu da bir paradoksdur. Arsenin yuxusuna girən cin-şəyatin sifətli daşnakların qan püskürən təhrikləri nəcib bir  azərbaycanlı ananın isti, səmimi məsləhətləri... Heyhat, Nəcəf bu məsləhət nəsihətlərə qulaq asmadı, öz acı taleyinin məşum sonluğuna tələsdi.  Arsen isə qanlı fitvalara uyub köhnə düşmənçiliyi təzələdi, bir erməni olaraq erməni kimi hərəkət edib erməni kimi yaddaşlarda qaldı. Heç vaxt  köhnəlməyən erməni vəhşiliyi bax, elə budur.

Əsərdə məhəbbətə layiq obrazlardan biri Qretadır. Anası  erməni olsa da, atası azərbaycanlıdır. Görünür, ona müəllif sayğısı da buradan qaynaqlanır. Ötəri, epizodik olsa da, bu obraz sonsuz müəllif sevgisilə  yadda qalır. Bu da müəllifin yenə humanizmindən, daim işıqlı insanlar sorağında olmasından irəli gəlir. Qreta Arsenin həyat yoldaşı olsa da, ondan çox uzaq ona son dərəcə  yad adamdır. Damarlarında daşnak  qanı axmasın deyə, hətta Arsendən uşaq doğmaq istəmir. Nəcəfə səmimi münasibətlərində reallıq təbiilik var. Bu əlaqələr  epizodik olsa belə, hər halda onların arasındakı səmimi hisslərə yazıçı oxucunu inandıra bilir. Son anda   bu münasibətlər yazıçı təxəyyülündə müqəddəs bir simvola çevrilir. Arsen Nəcəfi  arxadan vuran zaman sanki köməyə can atan Qretanın simvolik silueti canlanır.  Müəllif təsvirində bu, çox lirik hüznlü səslənir: “Qreta qaranquş kimi ərinə tərəf uça-uça özünü Nəcəfə tuşlanan güllənin qabağına atmaq istəyirdi...” Necə   kədərli, kədərli olduğu qədər romantik bir səhnə... Əsərdə sevgi-məhəbbət macərası, demək olar ki, yoxdur. Lakin bu kiçik səhnə Nəcəflə Qretanın ötəri münasibətləri istənilən  məhəbbət romanının bədii effektini verə bilir.

Romanda  dərin, bitkin, real, bəzən romantik mənzərələr toplusuna rast gəlirik. Bunlar  insan mənzərələridir, təbiət, ictimai, siyasi, etnoqrafik, əxlaq, mənəviyyat mənzərələridir.

İnsan mənzərələri xüsusi diqqətçəkəndir.  Əsərin fabulası da bir-birindən fərqli, bir-birindən zəngin təzadlı insan  xarakterləri üzərində qurulub. Müəllif problemin həlli yollarını da xarakterlərin işığında  çözələyir. Bu insanların bəzisi haqda artıq söhbət açmışıq, onların  tərzi-halını sərf-nəzər etmişik. Bunları böyük ciddi bir qalereya da adlandırmaq olar. Hər biri ciddi bir romanın baş qəhrəmanı ola biləcək mərtəbədə dayanan bu insanlar qoyulan problemi araşdırmaq üçün xüsusi açar rolu oynayır. Gürcü Çeburdanidze yəhudi Betker bu qalereyanı əlvanlaşdırır tamamlayır. Onların hər ikisi alimdir, hadisələrə real vicdanlı münasibətləri var. Müəyyən rakursdan yanaşanda  əsər bu obrazlarsız da keçinə bilərdi, yəni onlar olmasaydı belə,  əsərə ciddi xələl toxunmazdı. Lakin bir məqamı unutmamalıyıq. Qarşıya qoyulan yazıçı niyyətinin həlli üçün, bu obrazlar həm kifayət qədər mühümdür. Onların hər biri müəllifin diliylə danışır bədii mətləbin açılışına xidmət edir. Başqa sözlə, yazıçı erməni xislətinin üzünü açmaq məqsədilə təsvir etdiyi real hadisələri, həyati detalları alim sözü, ziyalı mövqeyilə təsdiq edir. Üstəlik, onlar kənar şəxslərdir, qeyri millətdən olan müstəqil, neytral arbitrlərdir. Müəllif onların simasında  tarixə ekskurs edir, onların  elmi dəlil nəzəri qənaətləri ilə təsvir etdiyi hadisələrə möhür vurur. Beləliklə ,  öz ədəbi mövqeyini alim-ziyalı rəyilə əsaslandırır. Çeburdanidze Betkerin açıqladığı tarixi faktlar müəllif dilində tutarlı, fundamental səslənə bilərdi. Lakin bu obrazların əsərə daxil edilməsi bir neçə yöndən müəllif mövqeyinə obyektiv tutalqa, əsərə isə müəyyən rakurslarda bədii təravət verir.

Üç millət - azərbaycanlı, erməni gürcü uzun müddətdir ki, qonşuluqda yaşamağa məhkum olmuşlar. Müəllif bura  dördüncü tərəfi, yəhudiləri əlavə edir. İnsafən, yəhudilər əsrlər boyu azərbaycanlıların içində yaşamış daim səmimi münasibətlər sərgiləmişlər. Odur ki, kənar arbitr kimi  yəhudi  xalqının nümayəndəsinin məsələyə münasibət bildirməsi, müəllifin qələbəsidir.

Qatarda, bir kupedə yol gedərkən Çeburdanidze Andranik Poqosyanın məkrli xislətini ilk baxışdan  duyur ona qarşı sərt mövqe tutur. Ermənilərin illər boyu Azərbaycana azərbaycanlılara, ümumiyyətlə,  türklərə qarşı xəyanətkar mövqeyini tarixi faktlarla bir-bir sadaladıqdan sonra Çeburdanidze, sanki ittihamnamə irəli sürərək deyir: “... Heyvanların başına bıçaq çəkənlərə qəssab, insanları qətlə yetirənlərə  cəllad deyirlər. Qulağını , yaxşı eşit. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, Tanrının xəlq etdiyi bəndələrə göz yaşı yox, sevinc bəxş etməyi özünə şərəf bilənlər tarixin qızıl səhifələrində əbədiləşir, bütün məxluqatın qəlbində heykəlləşirlər. Fitnə-fəsad törədənlərin yalnız bir mükafatı var - o da nifrət lənətdir!”

Hadisələr bir-birini izlədikcə ictimai-siyasi mənzərələr məqbul atributlara çevrilir. Təkcə romanın əhatə elədiyi dövr, hadisələrin cərəyan etdiyi konkret lokal zaman məkan deyil, bütövlükdə problemə tarixi yanaşma siyasi baxış, yazıçı mövqeyi son dərəcə professional, bədii məntiq fəlsəfi yanaşma mövqeyindən üzə çıxır. Ermənilərin xalqımıza qarşı məkrli siyasətinin tarixi köklərini  araşdıran müəllif, onların vəhşi təbiətini, millətçi psixologiyasını  bütün çılpaqlığıyla açıb göstərsə , yenə öz estetik idealına, humanizminə, bəşəri mövqeyinə sadiq qalır, bütövlükdə erməni millətini qaralamır, onun radikal qanadını, qana-qadaya həris millətçi-şovinist zümrəsini bədii hədəf seçir. Nəcəfin diliylə öz mövqeyini bəyan edir: “ Vallah-billah dünyanı  qarışdıran, ədavət  salan elə o bəylərdir. Bax, elə erməniləri fittiyib üstümüzə salan, kənd-kəsəyi  yandırıb viran edən o xaçpərəstlərin bəyləridir. Hansı millət olursa-olsun, kasıb-kusuba qalsa, heç vaxt bir-birinə dəyib-dolaşmaz...”

Hər bir  əsərin uğurlu  bədii həlli üçün  ən vacib bədii komponentlərdən  biri əxlaq mənəviyyat ünsürləridir. Burada ailə-məişət  münasibətlərindən tutmuş dini inanclara qədər hər şey çox vacib mənəvi-əxlaqi atributlara kimi üzə çıxır. Məsələn, uşaq olmağına baxmayaraq, balaca qəhrəmanın  babası onun ən adi şıltaqlığına belə dözmür, bunu əxlaq tərbiyədən kənar sayır: “Ağacın əyrisini  şıv vaxtı düzəltmədin, yoğunlayandan sonra ha çalışsan, xeyri yoxdur. Gərək uşağı bələkdə, küçüyü dəməkdə öyrədəsən... Uşaq qədər əziz olsa da, tərbiyəsi ondan əzizdir”.

Bu övladlıq ehtişamının bir nümunəsi Nəcəfin əmisi Mikayıl qarşısında itaətidir. Bəlkə mütilik həddində olan tabeçilik oxucunu heç qane etməsin. Amma müəllifə görə bu, ağsaqqal qarşısında ədəb ərkan nümunəsidir.

(ardı gələn şənbə sayında)

 





25.10.2012    çap et  çap et