525.Az

Fabreqas: "Karyeramı "Barselona"da bitirmək istəyirəm"


 

Fabreqas: "Karyeramı "Barselona"da bitirmək istəyirəm"

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu karyerasını "Barselona"da bitirmək istədiyini bildirib:
 
"Buraya uzun bir karyera keçirmək üçün gəlmişəm. Yəni, karyeramı "Barselona"da bitirmək istəyirəm. İnsanlar məndən çox şey gözləyirlər. Çünki bahalı futbolçuyam. Son günlər ehtiyatda qalmağım məni çox da narahat etmir. Ən yaxşı futbolçulara qarşı mübarizə aparmağı bacarıram. Baş məşqçini çətin vəziyyətdə buraxacaq qədər çox çalışacağam".

Qeyd edək ki, ötən mövsüm "Barselona"ya transfer olunan Fabreqas keçirdiyi 31 oyunda 9 dəfə rəqib qapılarına yol tapıb.

 





06.09.2012    çap et  çap et