525.Az

"Ramil Səfərovun azad olunmasının kökündə Dağlıq Qarabağ dayanır"


 

"Ramil Səfərovun azad olunmasının kökündə Dağlıq Qarabağ dayanır" "Azərbaycanlı zabit Ramil Səfərovun qaytarılması və əfv olunması ilə bağlı məsələnin kökündə Dağlıq Qarabağ problemi dayanır və buna görə də əvvəlcə bu problem həll olunmalıdır".

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, hazırda erməni diasporu "alovlu" vəziyyətə gətirilib və hədəfdə azərbaycanlı və türk diplomatlarıdır. Səfir bildirib ki, əsl problem Dağlıq Qarabağ münaqişəsidir və əsas hədəf bu münaqişənin həlli olmalıdır.

"Meşəyə baxıb ağacı görməmək olmaz. Buna görə də hədəfdən yayınmaq olmaz. Tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq lazımdır. Türkiyə olaraq biz bölgədə sülhün tərəfdarıyıq və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını gözləyirik", - səfir deyib.
 





06.09.2012    çap et  çap et