525.Az

ATİ-nin əməkdaşları Almaniyada səfərdə olublar


 

ATİ-nin əməkdaşları Almaniyada səfərdə olublar<b style="color:red"></b>

Azərbaycan Turizm İnstitutunun (ATİ) bir   qrup əməkdaşı Almaniyanın Vorms şəhərində Avropa İttifaqınınDavamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr magistr proqramları üçün yeni modulların hazırlanmasıüzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfransda iştirak ediblər. Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Tədqiqat inkişaf şöbəsinin bölmə rəhbəri Kazım Quliyev   mütəxəssis Yulius Arnegger, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva  iştirak ediblər.

Avropa İttifaqı Tempus layihəsi üzrə ilkin mərhələnin yekunlarına qarşıdaki dövr üçün həlli nəzərdə tutulmuş işlərin icrasına həsr olunmuş  tədbiri Almaniyanın Vorms Universitenin prezidenti Prof. Dr. Yens Hermsdorf çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının layihəni şərtləndirən tələblərin yerinə yetirilməsində iştirak payından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən problem məsələlərdən ətraflı danışıb. Konfransın daha bir  iştirakçısıVorms şəhərinin meri, cənab Hans-Joakim Kosubek isə əsasən şəhərin tarixindən, müasir iqtisadi durumundan, perspektiv planlarından söz açıb, tədbir iştirakçılarına layihə çərçivəsində fəaliyyətlərində uğurlar arzulayıblar.

Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov konfransın təşkili səmimi dəvətə görə layihə rəhbərliyinə təşəkkürünü bildirib.

ATİ-nin Tədqiqat inkişaf şöbəsinin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Almaniyanın Vorms şəhərində Avropa İttifaqınınDavamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr magistr proqramları üçün yeni modulların hazırlanmasıüzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfrans öz işini yekunlaşdırdıqdan sonra ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva  Vilhelmsafen şəhərində ATİ Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın  5-ci  ildönümünə  həsr olunmuş tədbirdə iştirak ediblər.     Tədbirdən sonra Vilhelmsafen şəhərinin  meri, cənab Horger Borkovski ATİ nümayəndə heyəti ilə görüşüb.

 





21.06.2014    çap et  çap et