525.Az

Yuli Timoşenkonun qızı səsvermələrdə iştirak edib (FOTO)


 

Yuli Timoşenkonun qızı səsvermələrdə iştirak edib<b style="color:red"> (FOTO)</b>

Xəstəxanada olan Ukraynanın keçmiş baş naziri Yuli Timoşenkanın qızı səsvermələrdə iştirak edib.
 
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın sabiq baş nazirinin qızı Yevgeniya Timoşenko ötən gün parlament seçkilərinin səs verməsində iştirak edib. Hazırki prezident Viktor Yanukoviçlə sabiq baş nazirin partiyası arasında gərgin mübarizə müşahidə olunur.

Yuli Timoşenkanın qızı Yevgeniya Timoşenka səs vermələrə qatılaraq anasına tərəfdar olan partiyaya səs verib. Xatırladaq ki, sabiq baş nazir Yuli Timoşenko vəzifəsindən sui-istifadə etdiyi üçün 7 il müddətinə azadlıqdan məhrum edilib.

Nigar Məhərrəm

 





29.10.2012    çap et  çap et