525.Az

Piyada Məkkəyə gedən zəvvar hacı oldu


 

Piyada Məkkəyə gedən zəvvar hacı oldu<b style="color:red"></b>

Bosniya sakini Senad Haciç 5,5 min km piyada yol qət edərək Məkkəni ziyarət edib. Səudiyyə Ərəbistanına çatmaq üçün o, hazırda qanlı döyüşlərin getdiyi Suriya ərazisindən keçməli olub. 47 yaşlı Senad Haciç BBC-yə açıqlamasında Suriyadan keçmək üçün viza tələb olunduğu üçün sərhəddə bütün günü gözləməli olduğunu deyib.

“Viza alandan sonra, zabit mənə dedi ki, əgər Suriyadan sağ-salamat çıxa bilsəm, Məkkədə onun üçün də dua edim”. Viza aldıqdan sonra zəvvar bir neçə dəfə üsyançılar, eləcə də hökumət qüvvələrinin nəzarətində olan məntəqələrdə dayanmalı olub. “Deyəndə ki, Allah evinə gedirəm üsyançılar da, ordu da mənə yolumu davam etdirməyə icazə verirdi. Bəziləri hətta əlimdə olan Qurani-Kərimi də alıb, öpürdülər. Mən olduqca mömin olduğumdan, bel çantamda İncili də daşıyırdım”.

Senad Haciç hər bir müsəlmanın yerinə yetirməli olduğu əməli icra etmək üçün 7 dövlətin ərazisindən keçməli olub - Bosniya, Serbiya, Bolqarıstan, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı.

Qeyd edək ki, Haciç keçən ilin dekabr ayında yola çıxıb. İlk çətinliklə isə elə Bolqarıstanda, havanın temperaturunun mənfi 35 dərəcəyə düşüyü vaxt qarşılaşıb. Zəvvar yola cəmi 200 avro pul ilə çıxıb. Gecələri əsasən məscidlərdə, bəzən parklarda, hətta küçədə də keçirib.

“İnanın mənə, heç asan günüm olmayıb, hamısını çətinliklə keçirmişəm. Lakin bu çətinliklərə baxmyaraq ruhdan qətiyyən düşmürdüm. Allaha inanmasaydım, onun məni qorumasına inanmasaydım, nəinki Məkkə, heç Bolqarıstana gedib çıxa bilməzdim. 20 kq ağırlığında olan bel çantamla yeddi ölkə, 2 səhra, pulsuz-parasız 5560 km yolu qət etmişəm. Allahın mənə Məkkəyə yolu göstərməsi üçün 120 gün gözləmişəm”,- deyə Bosniyadan Məkkəyə piyada gedən zəvvar Senad Haciç danışıb.

ANS Press

 

 





29.10.2012    çap et  çap et