525.Az

Əli Əhmədov: "Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır"


 

Əli Əhmədov: "Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır"<b style="color:red"></b>

Dünən baş nazirin müavini, Yeni Azərbaycan Partiyası icra katibi-sədr müavini Əli Əhmədov ANS Şirkətlər Qrupunun təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş günü ərəfəsində Avropaya təbliğat turuna çıxan BAKI-HOG hərəkatının üzvlərini qəbul edib. Ə. Əhmədov deyib ki, Milli Qurtuluş Günü ilə bağlı keçirilən yürüş çox mühüm aksiyadır. Yürüş zamanı zədə alanların olduğunu deyən Ə. Əhmədovun sözlərinə görə, bu aksiya həm şəxsi sücaət olduğunu göstərir: "Siz yola çıxmazdan əvvəl bu çətinliklərlə üzləşəcəyinizi bilirdiniz Heydər Əliyevin xidmətləri ilə bağlı bu yolda çətinliklərə sinə gərməyə qərar vermisiniz. Bunun həm siyasi, həm ideoloji, həm şəxsi sücaət baxımından böyük qiyməti var".

Ə.Əhmədov yürüş iştirakçılarının bir daha Milli Qurtuluş Gününün mahiyyətini, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini bütün dünyaya çatdırdıqlarını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən biridir bu uğurların əsası Heydər Əliyevin 1993- il iyunun 15- Azərbaycana qayıdışı ilə bağlıdır: "Azərbaycanı dünyada tanıyırlar hörmət edirlər. Bunun əsasında Qurtuluş məfkurəsi dayanır. Prezident İlham Əliyev bu siyasəti həyata keçirir. Azərbaycan xalqı xoşbəxtdir ki, belə bir məmləkətdə yaşayır".

Əli Əhmədov deyib ki, Azərbaycan bu gün dünyanın ən sabit ölkəsindən biridir. O bildirib ki, Azərbaycandakı sabitlik, rahatlıq dünyanın çox az ölkələrində var: "Əgər sabitlik, rahatlıq olmasa, insan üçün yerdə qalan dəyərlər heç bir əhəmiyyət kəsb etmir. Əgər evlər dağılırsa, qan tökülürsə, insan həyatının dəyəri qalmır. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar olub bu, digər dəyərlərin yaranması üçün əsas olub. İqtisadiyyat inkişaf edib, digər sahələrdə uğurlar əldə olunub. Azərbaycan dünyanın diqqətini cəlb edən bir ölkəyə çevrilib".

Ə.Əhmədov bildirib ki, Azərbaycan sürətlə yeniləşir, müasirləşir: "Azərbaycanı əhəmiyyəti, regionda oynadığı rol baxımından kiçik dövlət saymaq olmaz. Azərbaycan xalqı gələcəyinə inanır. Bunun da fonunda yürüş ehtirası ortaya çıxır. Motoyürüşdə 7 nəfər iştirak edib. Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq. Bu, 20 il ərzində fədakarlıqla həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır. Bu yürüş həm Azərbaycan xalqının sülhə hazır olduğunu, həm qətiyyətli olduğunu ortaya qoyur".

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə məqsədlərinin Azərbaycanı tanıtmaq olduğunu bildirib: "Gördük ki, Avropada Azərbaycanı tanıyırlar. Biz sadəcə əlavə məlumat verdik. Motoyürüş Serbiyada Heydər Əliyevin abidəsinin ziyarəti ilə başa çatıb. Biz müharibə şəraitində daha böyük məsafələri qət etməyə hazırıq".

Görüşün sonunda Ə. Əhmədov tərəfindən motoyürüş iştirakçılarına Heydər Əliyevin həyatı fəaliyyətindən bəhs edən kitab bağışlanıb (APA).

 





24.06.2014    çap et  çap et