525.Az

Gərəyindən daha artıq donor


 

Gərəyindən daha artıq donor  <b style="color:red"></b> Rusiyanın nüfuzlu “Literaturnaya Rossiya” qəzeti 05.10.2012 tarixli 40-cı sayında qəzetin baş redaktoru V.Oqrızkonun “Gərəyindən daha çox donor” adlı geniş həcmli məqaləsini çap edib. Məqalədə XX yüzil rus şeirinin böyük nümayəndəsi Yuri Kuznetsovun tərcümə yaradıcılığndan, şair və şeir seçimindən bəhs olunur. Yuri Kuznetsovla həmyerlimiz şair Məmməd İsmayılın ədəbi dostluğu ilə  bağlı qəzetimizdə bundan əvvəl də yazılar çap etmişik. V.Oqrızkonun bu yazısında Y.Kuznetsovun ölkəmizə səfəri, M.İsmayılla yaradıcılıq əlaqələri və xüsusilə də onun Məmməd İsmayıla yazdığı məktublara, Azərbaycanda çəkilən şəkillərə geniş yer verilib.Oxucularımız üçün maraqlı olacağını düşünərək, həmin məqaləni ixtisarla dərc edirik. 

Vyaçeslav OQRIZKO,
“Literaturnaya Rossiya” qəzetinin baş redaktoru 

Kuznetsov, Sovet İttifaqını əgər belə demək mümkünsə dördüncü Roma sayırdı və təbii ki, onun qorunmasını, möhkəmlənməsini də çox istəyirdi. Amma bir şeyi anlamaq çətindir ki, necə olmuşdu, iç dünyasına görə  imperiya düşüncəli Yuri Kuznetsov, öz vətənlərində, əvvəlcə mədəni muxtariyyətin genişləndirilməsini, daha sonralar müstəqillik istəyən xalq cəbhələrinin yaradılmasında yaxından iştirakı olan şairləri tərcümə etmişdir?! Və beləcə o, min doqquz yüz səksəninci illərin əvvəllərində azərbaycanlı Məmməd İsmayıl,çeçen Zelimxan Yandarbiyev, avar Adallo və Qorbaçov yenidənqurması zamanlarında, (elə sonralar da) SSRİ-nin dağıdılması fəaliyyətləri ilə məşğul olan digər şairlərlə də əməkdaşlıq etmişdir. Kuznetsovun bu davranışlarını nəylə əlaqələndirməli?

Dostoyevski demişkən slavyan genişürəkliliyindəmi, yoxsa siyasi görüşlərinin uzaqgörən olmamasındamı Bu davranışlarıyla şair, müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsinimi aramış, yoxsa insanları tanımaqda naşılıqmı göstərmişdi? İlk əvvəl Adallonun timsalında bütün bu suallara cavab verməyə çalışacağam. ...Kuznetsovla Adallo güman ki, ilk dəfə Lit.insitutun yataqxanasında görüşüblər O zaman Adallo M.Qorki adına ədəbiyyat instutunda oxuyurdu və bir düşüncə adamı ilə görüşməyə can atırdı. Onunçün bu düşüncə adamı Kuznetsov olacaqdı.  ...Kuznetsov da Adallo kimi heç zaman ikinci olmaq istəməzdi.Çünki hər zaman özünü birinci yerdə görmək istəyirdi. Bu o deməkdi ki, əgər  Adallonun şeirlərini tərcümə etməyə razı olsa, Kuznetsov, ənənəvi Naum Qrebniyev və ya Yakov Kozlovski səviyyəsini,  hətta hansısa mərhələdə hətta Semyon Lipkini də ötəcək.Hər şey düşünüldüyü kimi alınacaqdı.1983-cü ildə Kuznetsov və başqa şairlərin tərcüməsində Adallonun Moskvada şeir və poemalardan oluşan mükəmməl “Almaz üzəngi” kitabı çıxacaqdı... Kuznetsov Adallo  ilə öz arasında bir ruh oxşarlığı görəcəkdi.Avar şairi də Kuznesov kimi öz acı taleyini şeirə gətirir, həyatdan daha çox varlığın poeziyasını yaradırdı....Adallo, Kuznetsova mükəmməl tərcümələrinə və onu müdafiə etdiyinə görə hər zaman minnətdardı.Kuznetsova bağışladığı “Almaz üzəngi” kitabının avtoqrafı da beləydi: “Əziz Yuri Kuznetsova sevgi və minnətdarlıqla.Adallo. 25 iyul 1983”...Kuznetsovun sayəsində Adallo rus oxucularına filosof şair kimi tanıtılacaqdı. Bu yönü ilə o, R.Həmzətovdan daha güclü görünməyə və önə çıxmağa başladı.O Həmzətovdan ki, hələ əllinci illərin sonlarından hökumət ona Dağıstanın bir nömrəli şairi rolunu vermişdi.Rəsul Həmzətov və yaxın çevrəsi ilə “kim kimi” yarışına girişəndə Adallo və Kuznetsov bir şeyi nəzər almamışdılar:

Saraya yaxın olan Həmzətov mahir intriqalar ustası idi və hər zaman olimpdə tək olmaq istəyirdi. Hələ sağlığında Dağıstanın vitrini olan Rəsul  çevrədə baş verənləri ayıq gözlərlə izləyib yaxınında güclü bir rəqibin boy göstərməsinə imkan vermirdi; birini yolu üstündən götürmək üçün mətbuatda tənqid olunmasıyla,başqa birisini layiq olmadığı mərtəbəyə süni şəkildə şirnikdirib “yüksəltməklə”, başqa birisinin ətrafında ölü sükutu yaratmaqla.Adallo da Həmzətovun növbəti qurbanlarından birinə çevrildi.Moskvada və Dağıstandakı əlaqələrini işə salaraq səksəninci illərin əvvələri Brejnyev “zastoyu” dövründə Həmzətov Dağıstan Yazarlar Birliyinin dəyişməz sədri postunda oturub keyfi nə istəsə onu da edirdi və kimsə ona qarşı səsini çıxara bilməzdi.Yalnız bir neçə dəfə Adallo buna cəsarət edib hər kəsin gözü önündə Həmzətovu tənqid eləmək istəmiş və yerində də otuzdurulmuşdu: kimə cəsarət edib dil uzadırsan Bir sözlə, qırğınlıq on illərlə çoxalmışdı.Qorbaçov yendənqurmasının sonlarına doğru ölkə rəhbərliyi cilovu azacıq buraxdı, narazalıqlar su üzünə çıxmağa, milli hərəkət rəngi almağa başladı.Elə o zaman Adallo gözlənilmədən avar xalq cəbhəsinin rəhbəri rolunu aldı. Onminlərlə insan öz şairlərinin arxasınca getdi. Amma çox keçmədi ki, Adallonun siyasi lider kimi maymaqlığı ortaya çıxdı. Dəfələrlə yazmışam ki, ədəbiyyat təkliyin işidir, ədəbiyyatdan fərqli olaraq, siyasət isə  güclü komanda tələb edir. Adallonun güvəniləsi və ağıllı komandası yoxdu. Bu, onun faciəsi və buraxdığı çoxlu bağışlanılmaz səhvlərin səbəbi idi. ...Mənə elə gəlir ki, Kuznetsov avar qələm dostunun problemlərini yetəri qədər bilmirdi.Səksəninci illərin sonlarına doğru artıq Kuznetsovun başqa xalqların poeziyası haqqında düşünməyə vaxtı yoxdu.O, bütün ölkənin hansı uçuruma yuvarladığını anlaya bilmirdi.Sovet ittifaqının süqutunu şair, şəxsi dərdi kimi qarşılayırdı.Həyat yoldaşı deyirdi ki, hətta bəzi gecələr Kuznetsov ağlayırdı da. Kuznetsov dünyagörüşü baxımından faciəvi şairdir, bu mənada hətta bütün olanlardan sonra da Sovet hökumətinin yıxılışını içinə sindirə bilmirdi.Belə görünürdü ki,onun ən qorxulu öncəgörməsi doğru çıxmışdı: apokalipsis qaçılmaz olmuşdu. Sonuncu dəfə 2001-ci ildə Kuznetsovla birlikdə Dağıstanda olmuşduq.Qonaqlıqların birində Kuznetsova söz verdilər, şair, badəsini qaldırıb, Dağıstanın onunçün hər zaman doğma yer olduğunu söylədi:Amma nə yazıq ki, son on ildə vaxt tapıb bu doğma yerə gələ bilməmişəm, ona görə də buradakı əski dostların adını çəkməyə qorxuram, bəlkə onların bir çoxu həyatda yoxdur. Kuznetsovun ilk xatırladığı Adallo oldu.Məclisdə olan yüksək vəzifəli  məmurlar bu adı eşidən kimi qorxuya düşdülər. Axı onda Adallo Dağıstanın düşməni sayılırdı və deyəsən Türkiyədə yaşayırdı. Çox sonralar, açıq-aşkar üzür istədikdən və bir daha  siyasətlə  uğraşmayacağına söz aldıqdan sonra onun Dağıstana geri dönməsinə icazə verildi...

...Kuznetsovun Çeçen elitasıyla münasibətləri elə də asan olmamışdı.Axı Çeçenistanda da bir çox olayların katalizatorları şairlər idi. Zəlimxan Yandarbiyevi xatırlayın.Səksəninci illərin ortalarına doğru o, hansısa yerli  nəşriyyatların birindəsə heç nəyi ilə fərqlənməyən redaktor idi. Sonra onu Moskvaya İkiillik Ali ədəbiyyat kurslarına göndərdilər.Yuri Kuznetsov bu gənc dağlı balasına kömək üçün bir-iki şeirini tərcümə etdi.Amma ayrıca müəllif kitabının çap olunması üçün şeirlər azlıq edəcəkdi və Yandarbiyevin şeirlərini hansısa almanaxa salacaqdılar. Amma almanaxda da onun şeirləri başqa şairlərin əsərləri arasında itib-batacaq, seçilməyəcəkdi...Ümumiyyətlə Yandarbiyev Moskvada bir şair kimi seçilib fərqlənmədi.Sonra bir neçə il Kuznetsovun nəzərindən uzaqda qaldı.Bununla belə Kuznetsov 1990-cı ildə tərcümələrindən ibarət kitabına Yandarbiyevin də bir şerini daxil etdi.Bu şeirdən də göründüyü kimi Yandarbiyev hələ o zamanlar həyəcan içində idi və arasa da öz yolunu bula bilmirdi. Heç inanmıram ki, bu şeiri tərcümə edərkən Kuznetsov Yandarbiyevin həyəcanlarını olduğu kimi başa düşüb.Boşuna demirlər ki, başqasının ürəyi bizimçün qaranlıq bir qutudur.Amma Kuznetsov intuitiv hiss etmişdi ki, Yandarbiyev üçün çox şey qaydasında deyil və bu həyəcanını tərcümədə verməyə çalışmışdı.Bu tərcümədən də göründüyü kimi Yabdarbiyev uzun sürə iki yol ayrıcında qalmışdır.Seçim şansı vardı. Amma onu sonralar dəhşətli faciəyə götürəcək yanlış addım atdı....Çeçenistanın öndəri olmağa çalışmaqla Yandarbiyev özünü mələk kimi aparmağa çalışsa da bacarmadı.Onun zamanında çoxluca qan töküldü...

Təbii ki, bunu kimsəyə bağışlamazlar..Onunçün hər şey faciəvi sonuclandı.Bizim qruşnikilərin (gizli güclərin) əli onu qatarda yaxaladı... Azərbaycanlı şair Məmməd İsmayılın taleyi isə başqa cür alınıb.Yuri Kuznetsov bir zamanlar onunla bağlı “Layiq olan haqqında” adlı ayrıca müqalə yazmışdı.Bu məqaləsində Kuznetsov, şairin həyat hekayəsinin bir çox bəlirləyici yönlərini qeyd edir. Birincisi, “şairin adının təsadüfi olmadığını, onun adında Məhəmməd Peyğəmbər və sərkərdə,sənətin, sənətkarın hamisi  Şah İsmayıl Xətainin bir araya gəldiyini”,ikincisi, “müharibədə həlak olan atasını vaxtsız itirməsini”, üçüncüsü, “bir çox Şərq xalqlarının dastanları kimi hakimiyyət tərəfindən köhnəlmiş,gerici nəğmə kimi qadağan edilən “Koroğlu” qəhrəmanlıq dastanı ilə hələ uşaq yaşlarında sazın sayəsində tanış olduğunu” vurğulayır.Zaman içərisində M.İsmayıl öz poetik sistemini gəlişdirmişdir.Kuznetsovun fərq etdiyi kimi “onun sənət dünyası daim arayışda və hərəkətdədir.O  bir dairə kimi işıq saçan mərkəzin ətrafında fırlanır...Çevrədən şara yol uzaq deyil.Və şairin tez-tez meyvə obrazına-nəticəyə müraciət etməsi də çox şeydən xəbər verir.” M.İsmayılla bağlı bir önəmli xüsusu da qeyd etmək gərəkdir.Səksəninci illərdə Kuznetsov çevriləri adətən sətri tərcüməyə əsaslanaraq edirdi. Kuznetsova sözlük və ensiklopediyalar da lazım da deyildi. Onu konkret tarixi faktlar, hətta obrazlar maraqlandırmırdı,  arayışları əsasən yaşam üzərinə idi.Burda şairin yardımına böyük ədəbi təcrübəsi və ürəyə damması gəlirdi.Kuznetsov Məmməd İsmayılın şeirlərini də eyni üsulla çevirirdi.Amma bir fərqlə!Şairin ilk kitablarının “ Slova, sakazannoe v srok” və “Ne dayte miru stat obıknovennım”( Oqrızko burada yanlışlığa yol verir, adı çəkilən kitablar M.İsmayılın ruscaya çevrilən ilk kitabları deyil.Red.) kitablarının tərcüməsindən öncə şairin vətənini ziyarət edir. Bu səyahət 1981-ci ilə gerçəkləşir. Sonralar bu səfəri M.İsmayıl belə xatırlayacaqdı: “Yura ilə yol getməyin və fikir paylaşımında olmağın həqiqətən də ayrı anlamı vardı.Şamaxı-İsmayıllı, Qəbələ-Oğuz yollarının əsrarəngiz mənzərələri dilə gətirməsə də, Yuranı məmnun etdiyi hər halından hiss olunurdu.Ona ən çox təsir edən isə Şəki xan sarayı idi...Tovuzda irəlicədən təşkil edilməmiş gözəl görüşlərimiz oldu...Rayon mərkəzindən əsriyə çatdığımızda gəlişimizi əvvəlcədən bildiyindən bizi Rəhim əmi qarşıladı. Ayağımız altında qurban kəsmək istədi.Amma Yura qətiyyətlə buna qarşı çıxdı, əmim incik-incik üzünü yana çevirdi. Bunu görən Yura mənə bir əminin duruşuna bax,-dedi,əmim incik halda üzü günəşə tərəf baxmağında idi:- Dünyanın heç bir yerində insanlar Günəşin doğuşuna belə vurğunluqla baxmaz, bu daha çox türklərə xas olan xüsusiyyətdir. Qədim türklərin çadırları üzü günəşə qurulardı, əminin duruşu da o əski adətin bu günkü davamıdır,-dedi.Sonra mənim kənddə yetim qalan evimin həyətinə getdik.Yura sanki məni heyrətləndirmək üçün:-Bir evdən gələn ətrə fikir ver,- dedi.Yalnız bu zaman burnuma bağımızın məşhur gəzəl almasının ətri vurdu. əmimgil keçən payız bağımızın almasını evin zirzəmisinə yığmışdılar.O almalar çoxdan yeyilib getmişdi, amma hər burnun ala bilməyəcəyi ətri daşa-divara hopub qalmışdı:-Türklərin evindən dəvamlı “qızıl alma” ətri gələr, bu onların ruhundandır,-deyirdi Yura... Enində, sonunda Rəhim kişinin  könlü alındı.Qurban kəsiləcək qoçu dünyanın ən gözəl yerlərindən biri olan əsrik meşələrinin Çaçan bölgəsində bulaq başında kəsmişdilər.Və orman talasında bir kötüyün üstündə süfrə açılmışdı.Bu kötük bizi çevrəsinə yığmışdı.Sonralar Yura mənə yazdığı məktublarda bu meşələri, üzərinə süfrə açılmış kötüyü tez-tez xatırlayacaqdı. Ormandan kənədə qayıdarkən Yura mənə aşğıdan axan ağ köpüklü əsrik çayını, sarp qayalıqlardan çətinliklə qıvrılıb keçən yolları və sərt yamaclarda bir təhər tutunub qalan ağacları göstərib:-sənin yerinə mən olsaydım bu görüntüyə bir şeir yazardım.Meşəli sıldırım yamaclara baxıb,-bu yerlərin cəmi iki çıxış yolu var:dağ yolu və çay yolu, yola düşən yolla, çaya düşən çayla axıb gedər,amma canını dişinə tutub yamaclarda bitən ağaclar, bitdimi sonacan göyərəcəkdir, sən bu çətinliyin şairisən.”

Bilmirəm, Məmməd İsmayıl  moskvalı dostunun məsləhətini xatırladı, yoxsa yox, amma Kuznetsov gördüklərinə elə dalmışdı ki,sonralar “Nizaminin kölgəsi” adlı kiçik şedevrini yaratdı. (Sonralar Y.Kuznetsov Azərbaycana səfəri ilə bağlı ikinci ölümsüz “Nerazrıvaemoe koltso” şeirini yazacaqdı.Görünür Oqrızkonun bundan xəbəri yoxdur.Red.) ,M.İsmayılın vətəninə səfərdə doğan bu hisslər heç şübhəsiz Kuznetsovun ondan etdiyi tərcümələrinə də yansımışdır. Bu tərcümələr eyni zamanda həm dəqiq(Yaşamı göstərmək baxımından) və həm də parlaqdır (Emosionallıq baxımından). Ən önəmlisi bu tərcümələrdə xalq xarakterinin ruhu mükəmməl bir şəkildə yansıdılmışdır.Kuznetsov M.İsmayılın çəkdiyi ağrını ürəkdən anlamışdır.Anlamasaydı, parçalanmış bir xalqın faciəsini belə dəqiq və  ağrılı bir şəkildə verə bilməzdi (“Nar” şeiri”):

Derji eqo, kak slovo bratstva,
Razrezan nadvoe qranat.
Tekuçim lezviem Araksa
İ poluşari qorət...

...Sovet İttifaqı yıxıldıqdan sonra Kuznetsov tərcümə ilə demək olar ki, çox az məşğul olurdu.Son tərcümələri qazax şairi Abay və avar Maqamed Qamzayevdəndir. Ali  Ədəbiyyat kursunda Kuznetsovun seminarına qatılan azərbaycanlı şair Qoca Xalidin bir silsilə şeiri və osetin şairi Taymuraz Xodjetin şeirləri Kuznetsovun son tərcümələridir. Ömrünün son illərini Kuznetsov, İsa peyğəmbərlə bağlı poemalarını yazmaqla keçirmişdir.
 





30.10.2012    çap et  çap et