525.Az

Ərdoğan Kılıçdaroğlunu ittiham etdi


 

Ərdoğan Kılıçdaroğlunu ittiham etdi<b style="color:red"></b>

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan 29 oktyabr tarixində təşkil olunan “Respublika Günü” münasibəti ilə Çankayada keçirilən mərasimdə jurnalistlərin suallarını cavablandırıb.

525.az-ın Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, baş nazir ötən gün vətəndaşlara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi haqda açıqlama verib: “Polislərin vətəndaşalara qarşı gözyaşardıcı qazdan istifadə etməsini biz əmr etməmişik”.

Ərdoğan Kılıçdaroğlunun tərəfdarları ilə birgə Ulusda toplanmasına da münasibət bildirərək heç kəsin sərbəst hərəkət etmə haqqına müdaxilə etmədiyini deyib: “Bayram münasibəti ilə ölkənin müxtəlif şəhərlərində tədbirlər keçirildi. Bugünkü gündə Kılıçdaroğlu da bizim yanımızda olmalı idi. Əgər birlik istəyirsə, niyə bayramı ayrı qeyd edirlər? Əvvəllər tədbirlərdə br yerdə iştirak edərdik”. Çankayada jurnalistlərin suallarını cavablandırmaq üçün təşkil olunan tədbirə xanımı Əminə Ərdoğanla birgə qatılan baş nazir öncələr bu tip görüşlərdə həyat yoldaşının hicablı olması səbəbindən onun iştirakını yasaq edən şəxslərə səslənib: “Bizim tədbirlərdə birgə iştirakımıza maneə olan şəxslər utansın”.

Ərdoğanla birgə tədbirə qatılan prezident Abdullah Gül isə daha sonra həyat yoldaşı ilə birgə 62-ci doğum gününü qeyd edərək tort kəsib.

Nigar Məhərrəm

 





30.10.2012    çap et  çap et