525.Az

Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı


 

Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı<b style="color:red"></b>

Ukraynada keçirilən parlament seçkilərinin qalibi “Regionlar” partiyası olub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 28 oktyabrda Ukraynada keçirilən parlament seçkilərində hazırki prezident Viktor Yanukoviçin partiyası qalib olub. Seçkilərin nəticələrini qəbul etmək istəməyən sabiq baş nazir Yuli Timoşenko aclıq aksiyasına başlayıb.

Yekun nəticələrə görə, Viktor Yanukoviçin “Regionlar” partiyası 34.4 faiz, Yuli Timoşenkonun “Anavətən” partiyası 22.4 faiz, “Kommunist” partiyası 14.8, boksçu Vitali Kliçkonnun “Yumruq” partiyası isə 13 faiz səs toplayıb.

Ukraynada keçirilən parlament seçkilərini yaxından izləyən ATƏT-in 600 müşahidəçisi seçkilərin qanuni yolla keçirilmədiyini deyərək, ölkənin demokratik cəhətdən gerilədiyini deyib. ATƏT həmçinin iqtidar partiyasının qanuni yolla maliyyələşmədiyini, hökumətin təzyiqi ilə medianın bu yalanları təbliğ etdiyini qeyd edib.

Nigar Məhərrəm

 





30.10.2012    çap et  çap et