525.Az

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq


 

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 31-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 31-də temperatur rejimində mühüm dəyişiklik olmasa da, respublikanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.

 





30.10.2012    çap et  çap et