525.Az

Misir Mərdanov: "İtalyan dili Azərbaycanda ikinci xarici dil kimi tədris oluna bilər”


 

Misir Mərdanov: "İtalyan dili Azərbaycanda ikinci xarici dil kimi tədris oluna bilər”<b style="color:red"></b> İtalyan dili Azərbaycanın bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, italyan dilinin Azərbaycanda ikinci dil kimi tədris olunması üçün ilk növbədə kadr olmalıdır:

“Bu fikri hələ ötən il irəli sürmüşdüm, ancaq nədənsə buna ciddi yanaşılmadı. Hesab edirəm ki, italyan dilini ikinci xarici dil kimi məktəblərdə tədris etmək yaxşı olar”.

S.QARAYEVA
 





31.10.2012    çap et  çap et