525.Az

Obama təbliğat kompaniyasını təxirə saldı


 

Obama təbliğat kompaniyasını təxirə saldı<b style="color:red"></b>

ABŞ-da baş verən təbii fəlakət namizədlərin təbliğat kompaniyasına da mənfi təsir edib.

525.az-ın “Röyter” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama 6 noyabr tarixində keçiriləcək prezident seçkiləri üçün təbliğat-təşviqat kompaniyasını təxirə salıb.

Mediaya açıqlama verən prezident fəlakətin yaratdığı fəsadları aradan qaldırmaq üçün hər şey edəcəyini deyib. Bu gün Obama Nyu Cersi ştatına səfərini təxirə salaraq fəlakət bölgəsinə yollanıb.

Ötən həftələrlə müqayisədə namizədlərin kompaniyalarının təbliğində müəyyən səngimə nəzərə çarpır. Rəqiblər baş verən təbii fəlakətlə əlaqədar zəruri planlar hazırlayırlar. Obama hökumət rəsmilərini olayın qurbanı olan şəxslərə yardım göstərməyə çağırıb.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et