525.Az

“Sendi” qasırğasının arxasında biz durmuşuq”


 

“Sendi” qasırğasının arxasında biz durmuşuq”<b style="color:red"></b>

Suriya hakimiyyəti ABŞ-da baş verən təbii fəlakətdən məmnundur.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya Silahlı Qüvvələrinin adına açılmış "Facebook" səhifəsi bu fəlakətin arxasında dayandıqlarını deyiblər. Səhifədə “Sendi” qasırğasının bu ölkənin yüksək texnoloqları tərəfindən törədildiyi yazılıb.

Yazılan şərhlərdə suriyalılar bunun ölkələrində sülhün yaranmasına mane olduqları üçün ABŞ-a verilən cəza olduğunu bildiriblər. Eyni zamanda ABŞ tərəfdarları da cavab olaraq bildiriblər ki, əgər bu cür yüksək texnologiyaya sahibsinizsə Suriyanın quraq çöllərinə bir qədər yağış yağdırın.

Bəşər Əsəd isə ABŞ-da baş verən təbii fəlakətin bu ölkəni cəzalandırmaq məqsədi daşıdığı haqda açıqlama verib.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et