525.Az

Turizm obyektləri yoxlanılır


 

Turizm obyektləri yoxlanılır<b style="color:red"></b> Turizm sənayesi obyektlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlərə başlanılıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcədə mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsidir.
 
Monitorinqlər iyulun 22-dək respublikamızın regionlarında həyata keçirilir. Növbəti monitorinqlər isə yay mövsümündən sonra 15.10.2014 - 13.11.2014 tarixlərində Bakı-Abşeron bölgəsində davam etdirilməsi nəzərdə tutulub.
 
Bu zaman turizm obyektlərində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə obyekt rəhbərlərinə xəbərdarlıqlar edilib və bununla bağlı müvafiq tədbirlər görülüb.
 





14.07.2014    çap et  çap et